Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmişdir

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, son günlər mətbuatda Ermənistan Respublikasının Gümri şəhərində yerləşən Rusiya Federasiyasının hərbi qüvvələrinə məxsus 102 saylı hərbi bazadan Ermənistanın hərbi qüvvələrinə 800 milyon ABŞ dolları dəyərində hərbi silah və sursatın verilməsinə dair yayılmış məlumatla əlaqədar Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vasili İstratov Xarici İşlər Nazirliyinə dəvət edilmişdir.

Nazir müavini A.Əzimov ilə görüş zamanı səfir V.İstratova məlumatın həqiqətə uyğun olub-olmamasının təsdiq edilməsi barədə rəsmi sorğu edilmişdir. Öz növbəsində Vasili İstratov sorğu ilə əlaqədar Rusiya tərəfinin məsələyə aydınlıq gətirəcəyini bildirmişdir.

 

 

Azərbaycan.-2009.-13 yanvar.-S.4.