Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatı
Regional Planlaşdırma
Şurasının iclası
işə başlamışdır
Yanvarın 12-də Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) Regional Planlaşdırma Şurasının 19-cu iclası
işə başlamışdır.
İclasda ölkəmizi Azərbaycanın
İrandakı səfiri
Abbasəli Həsənovun
rəhbərliyi ilə
geniş tərkibli nümayəndə heyəti
təmsil edir.
Bu beynəlxalq tədbirin əvvəlində iştirakçıları
salamlayan İranın
xarici işlər naziri Manuçehr Mottəki iclasın səmərəli olacağına,
üzv ölkələrin
əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi üçün
faydalı qərarlar qəbul ediləcəyinə
əminliyini bildirmişdir.
İclasda İƏT-in baş katibi Xurşid Ənvərin təşkilatın fəaliyyəti
ilə bağlı hesabat məruzəsi dinlənilmişdir. Məruzədə görülən işlər barədə məlumat verilmiş, gələcək fəaliyyətin
istiqamətlərinə dair
təkliflər səslənmişdir.
İclasda çıxış edən
səfir Abbasəli Həsənov son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələri barədə
geniş məlumat vermişdir. Təməli ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulan
transmilli iqtisadi layihələrin uğurlu
göstəricilərinin örnək
olduğunu diqqətə
çatdıran səfir,
İƏT-nin Azərbaycanın
bu təcrübəsindən
faydalana biləcəyini
vurğulamışdır.
İclas işini yanvarın 15-dək
müxtəlif bölmələrdə
davam etdirəcəkdir.
Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi müxbiri
Tehran
Azərbaycan.-2009.-13 yanvar.-S.4.