Estoniya Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində siyasi iqtisadi sahələrdə aparılan danışıqlar ölkələrimiz üçün faydalı olacaqdır

 

Estoniya Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində siyasi iqtisadi sahələrdə aparılan danışıqlar ölkələrimiz üçün faydalı olacaqdır. Bu sözləri Estoniyanın iqtisadiyyat kommunikasiya naziri Yuhan Parts demişdir.

Nazir bildirmişdir ki, Estoniya Prezidenti Azərbaycana ilk dəfədir rəsmi səfərə gəlmişdir. Səfərdən məqsəd Azərbaycan ilə Estoniya arasında ikitərəfli əlaqələri inkişaf etdirməkdir. Ümidvaram ki, bütün sahələrdə, xüsusilə informasiya texnologiyaları sahəsində faydalı danışıqlar aparılacaqdır.

Estoniyalı nazir demişdir ki, dövlət idarəçiliyində özəl sektorda informasiya-kommunikasiya texnologiyalarının inkişafı hökumətləri maraqlandıran əsas sahələrdir. Əsas məsələ ölkələrimiz arasındakı münasibətlərin daim inkişafda olmasıdır.

 

 

Azərbaycan.-2009.-13 yanvar.-S.4.