Yeraltı yollar uzanır, stansiyalar gözəlləşir
Son illər ölkəmizin paytaxtı Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün tikilmiş və tikilməkdə olan yeni yollar, müasir körpülər, yol qovşaqları, piyada keçid və körpülərlə yanaşı, metro tikintisinə də xüsusi diqqət yetirilir. Ötən ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyev Bakı metrosunun yeni tikilən "Nəsimi" və "Azadlıq prospekti" stansiyaları ilə tanış olmuşdur.
Dövlətimizin başçısı tikintisi başa çatmaqda olan "Nəsimi" stansiyasının
yerləşdiyi əraziyə
gələrək inşaat
işlərinin açıq
üsulla aparıldığı
sahə və Bakı Metropoliteninin üçüncü növbəsinin
şimal sahəsinin sxemi və perspektiv
inkişaf sxemləri ilə maraqlanmışdır.
Sonra Prezident metronun tikintisi davam edən "Azadlıq prospekti" stansiyasına getmişdir. Dövlət başçısına burada
2007-ci ilin avqust ayından başlanan tikinti-quraşdırma işləri
barədə məlumat
verilmişdir. Prezident İlham
Əliyev metronun bu stansiyasında və ətraf ərazilərdə görüləcək
işlərlə bağlı
müvafiq tövsiyə
və tapşırıqlarını
vermişdir.
Ölkə Prezidentinin tikintiyə gəlişi, mövcud problemlərin həlli ilə bağlı konkret tapşırıqlar
verməsi metro inşaatçılarını
daha yaxşı işləməyə ruhlandırmışdır. Məhz
bu qayğının nəticəsidir ki, ötən il
oktyabr ayının
10-da - vaxtından əvvəl,
paytaxtın 6-cı və
9-cu mikrorayonlarını birləşdirən
"Nəsimi" stansiyasının
açılışı olmuşdur.
Cənab İlham
Əliyev yeni stansiyanın ilk sərnişinləri
ilə birlikdə qatarla "Nəsimi" stansiyasından "Elmlər
Akademiyası"na gəlmişdir. Ölkə başçısına 1967-ci ildən istismarda olan Bakı Metropoliteninin yeni inkişaf proqramı barədə məlumat verilərək bildirilmişdir
ki, hazırda metronun üçüncü
növbəsinin şimal
sahəsində "Azadlıq
prospekti" stansiyasının
inşası davam edir. Ən yüksək səviyyədə
yenidən qurulan
"28 May" stansiyasının ikinci çıxışının
tikintisi başa çatmaq üzrədir.
Yeni avtovağzalın ərazisində
metro stansiyasının tikintisi
məqsədəuyğun sayılmışdır.
Ümumiyyətlə, 2025-ci ilə qədər
Bakıda metro stansiyalarının
sayının 62-yə çatdırılması
nəzərdə tutulmuşdur.
Açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi "Nəsimi" stansiyası
ən müasir avadanlıqlarla təchiz olunub. Metropoliten sistemində məhz
ilk dəfə burada enerji bloku quraşdırılıb.
Stansiyada
251 nəfər işlə
təmin olunub. Yeni stansiyada platformanın uzunluğu 102, eni 18 metrdir. Dörd çıxışı olan stansiyada müasir eskalatorlar quraşdırılıb. Paytaxtın
6-cı və 9-cu mikrorayonlarını
birləşdirən bu
stansiyanın ətrafı
abadlaşdırılıb, yaxınlıqdakı binalarda
yüksək səviyyəli
təmir-bərpa işləri
aparılıb.
Ötən il dekabr ayının 29-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı Metropoliteninin əvvəllər "Bakı
soveti" kimi tanınan "İçərişəhər"
stansiyasının da açılışı olmuşdur.
Paytaxt sakinlərində xoş əhval yaradan amillərdən biri bu stansiyanın "İçərişəhər" adlandırılmasıdır. Burada yenidənqurma işləri
zamanı Amerika Birləşmiş Ştatları,
Türkiyə, Yaponiya,
Almaniya və digər ölkələrdən
gətirilmiş tikinti
materiallarından istifadə
edilib. Müasir işıqlandırma sistemi stansiyaya xüsusi yaraşıq verir. Stansiyada yenidənqurma işlərini
Türkiyə, Almaniya
və digər ölkələrin mütəxəssislərinin
iştirakı ilə
İsrailin "İsahouri"
firması həyata keçirib.
Azərbaycan Prezidenti paytaxt sakinlərinin rahat gediş-gəlişində, habelə
şəhərimizdə nəqliyyat
infrastrukturundakı mövcud
çətinliklərin, xüsusilə
də tıxacların
aradan qaldırılmasında
əvəzsiz xidməti
olan metropolitenin yeni inkişaf planının yerinə yetirilməsinə bundan sonra da lazımi
kömək və qayğı göstərəcəyini
bildirmişdir.
Rəhman SALMANLI
Azərbaycan.-2009.-13 yanvar.-S.5.