Yaxşı siyasi münasibətlərə söykənən Azərbaycan-Estoniya əlaqələri uğurla inkişaf edir

 

Yanvarın 13-də Azərbaycanda rəsmi səfərdə olan Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Estoniya Prezidenti Toomas Hendrik İlvesi və xanımı Evelin İlvesi səmimiyyətlə qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Estoniya Prezidentinə raport verdi.

Estoniyanın Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Estoniya Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət hökumət nümayəndələri Prezident Toomas Hendrik İlvesə, Estoniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

 

Azərbaycan.-2009.-14 yanvar.-S.1.