Azərbaycan Prezidenti İlham Əliyevin Estoniya Prezidenti Toomas Hendrik İlvesin təkbətək görüşü

 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin təkbətək görüşü olmuşdur.

Görüşdə iki ölkə arasında münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.

Bu səfərin də qarşılıqlı münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulandı və əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 yanvar.-S.1.