Dövlət başçıları
mətbuat üçün
bəyanatlarla çıxış
etmişlər
- Hörmətli
cənab Prezident, hörmətli qonaqlar, xanımlar və cənablar!
İlk növbədə, mən cənab Prezidentə "Azərbaycana xoş gəlmisiniz!" demək
istəyirəm. Cənab Prezident, Sizə və nümayəndə heyətinə ölkəmizdə
xoş səfər arzulayıram.
Biz bu gün apardığımız
müzakirələri yüksək
dəyərləndiririk. Sizi qəbul
etməkdən çox
şadıq. Bu, ölkələrimiz arasında
olan münasibətlərin
tarixində Estoniya Prezidentinin ilk səfəridir.
Əminəm ki, səfər
çox uğurlu olacaqdır. Bu gün qarşılıqlı
maraq doğuran məsələlər ətrafında
geniş müzakirələr
aparıldı. Ölkələrimiz arasında ikitərəfli
əlaqələr də
çox uğurla inkişaf edir. Bizim yaxşı siyasi münasibətlərimiz mövcuddur.
Siyasi dialoqumuz get-gedə güclənir.
Bu gün imzalanmış Birgə Bəyannamə ikitərəfli münasibətlərə,
regional vəziyyətə və
bizi bir-birimizə bağlayan bir çox məsələlərə
dair fikirlərimizi və ideyalarımızı
əks etdirir. Biz Estoniyanın Bəyannamədə
əks olunmuş mövqeyinə görə
çox minnətdarıq.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həllinə gəlincə,
həmin sənəddə
bildirilir ki, məsələ ərazi bütövlüyü prinsipi,
BMT Təhlükəsizlik Şurasının
qətnamələri və
ATƏT-in qərarları əsasında
həll olunmalıdır.
Ümid edirik ki, bu
yanaşma münaqişənin
həllinə aparacaq və Ermənistanın təcavüzü və etnik təmizləməsindən
əziyyət çəkmiş
yüz minlərlə
azərbaycanlı öz
yurdlarına qayıtmaq
imkanını əldə
edəcəkdir. Bu gün,
əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli
apardığımız müzakirələrin
mövzularından biri
idi. Ümidvarıq ki, gələn
aylar ərzində biz
həmin prosesin inkişafını görəcəyik.
Azərbaycanın mövqeyi yalnız
və yalnız beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanır
və bu, münaqişənin həllinə
aparan yeganə yoldur.
Təbii ki, mövcud olan ikitərəfli münasibətlər biznes
əlaqələrinin inkişafına
geniş imkanlar açır. Bu gün
Estoniya və Azərbaycanın biznes dairələri birgə
forum keçirəcəklər. Hesab edirəm ki, bu tədbir iqtisadi əlaqələrin
inkişafı yolunda yaxşı bir addım olacaqdır.
Müxtəlif sahələrdə iqtisadi imkanları nəzərdən keçirmək
imkanına malik olacağıq və həmin münasibətlərin
daha da inkişaf
etdirilməsi üçün
nəyin vacib olduğunu müzakirə edəcəyik.
Regional vəziyyət və təhlükəsizlik, o cümlədən
enerji siyasəti müzakirə edildi. Nəhəng neft və qaz
yataqlarına, o cümlədən
neft və qazın nəqli üçün artıq müasir infrastruktura malik olan Azərbaycan
enerji təchizatının
şaxələndirilməsində gələcəkdə daha
önəmli rol oynayacaqdır. Biz ölkəmizdə
bütün əsas məqsədlərimizə artıq
nail olmuşuq. Biz enerjinin nəql olunması sistemini şaxələndirmişik. Əminəm
ki, gələcəkdə
Azərbaycan ilə Avropa istehlakçıları
arasında münasibətlər
uğurla inkişaf edəcəkdir.
Azərbaycan artıq öz işləri ilə burada milyardlarla dollar həcmində sərmayə
qoymuş xarici şirkətlərin etibarlı
tərəfdaşı olduğunu
nümayiş etdirmişdir. Biz Azərbaycanda əlverişli
sərmayə mühitini
yaratmışıq. Eyni zamanda
biz etibarlı təchizatçıyıq.
Azərbaycandan neft və qaz dünyanın müxtəlif yerlərinə
ixrac edilir. Bütün ixrac əməliyyatlarımızda
heç vaxt elə bir hal
olmayıb ki, təchizatımız dayansın
və ya istehlakçılar müəyyən
problemlərlə üzləşsinlər.
Beləliklə, regionumuzda Azərbaycan tərəfindən başlanılan
Bakı-Tbilisi-Ceyhan və
Cənubi Qafqaz boru kəməri kimi layihələr enerji mənbələrinin
şaxələndirilməsi sahəsində regionda tamamilə yeni vəziyyət yaratmışdır. Şaxələndirmə hamı üçün, yəni həm istehsalçılar, həm
də istehlakçılar
üçün olmalıdır.
Əlbəttə ki, tranzit ölkələr mühüm
rol oynamalı və coğrafi yerləşmədən yararlanmalıdır.
Hər gün xəbərlərdə
izlədiyimiz son hadisələri
nəzərə alsaq
görürük ki, hazırda bütün bu kimi məsələlərin
əhəmiyyəti daha
da artır. Buna görə də
gələcəkdə enerji
siyasəti dostluğa
və əməkdaşlığa
xidmət etməlidir.
O, millətləri bir-birindən
ayırmalı deyil, onları birləşdirməlidir.
Ötən ilin noyabr ayında
Bakıda keçirilmiş
mühüm Enerji Sammiti, onun qərarları
və Bəyannaməsi
gündəliyimizi açıq
şəkildə nümayiş
etdirir. Azərbaycan enerji təchizatının
şaxələndirilməsində oynadığı konstruktiv
rolu davam etdirəcəkdir. Tərəfdaşlarımız
əmin ola
bilər ki, etibarlı tərəfdaş
və dost kimi Azərbaycan öz mühüm rolunu gələcəkdə də
davam etdirəcəkdir.
Mən bir daha Estoniya
Prezidentinin səfərinin
nəticələrindən çox məmnun olduğumu bildirmək istəyirəm və dəvətimizi qəbul etdiyinə görə ona minnətdaram. Ümid edirəm
ki, münasibətlərimiz
gələcəkdə uğurla
davam edəcəkdir.
Azərbaycan.-2009.-14 yanvar.-S.2.