Estoniya Prezidenti Toomas Hendrik İlvesin bəyanatı

 

- Çox sağ olun, cənab Prezident!

İcazənizlə, mən sözümə Azərbaycanda bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirməklə başlayım. Mən Azərbaycanda xarici işlər naziri kimi təxminən on il bundan öncə olmuşam. İcazə verin, həmin səfərdən ötən müddətdə ölkənizdə şahidi olduğumuz böyük dəyişikliklərlə Sizi təbrik edim. Hava limanına gəldiyim ilk dəqiqələrdən, şəhərə getdiyim zaman ölkənizi tanımadım. Tamamilə fərqli şəhər, fərqli məkanı gördüm. Belə qısa müddət ərzində əldə etdiyiniz nailiyyətlər çox böyük təqdirə layiqdir. Zənnimcə, ölkənizə verdiyiniz töhfə olduqca böyükdür.

Biz Estoniyada müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanla çox yaxşı münasibətlərə malik olmuşuq. Bəlkə coğrafi baxımdan məsafə böyük görünə bilər, lakin eyni zamanda deyirəm ki, Estoniya Azərbaycana yaxın ölkədir bu, sadəcə sözlər deyildir. 1990-cı illərin sonuna gəldikdə demək istəyirəm ki, Azərbaycanın Avropa Şurasına daxil olmasını ürəkdən dəstəkləyən ölkələrdən biri Estoniya olmuşdur. Biz Azərbaycanın Avropa İttifaqında güclü tərəfdaşı dostu olaraq qalırıq. Estoniya Avropanın enerji tələbatlarının təmin edilməsində Azərbaycanın oynamalı olduğu mühüm rolu etiraf edən ölkələrdəndir.

Son ay ərzində baş vermiş hadisələr bir daha göstərdi ki, Avropanın müxtəlif enerji təchizatı mənbələrinə malik olması dərəcədə zəruridir. Ona görə Avropa enerji mənbələri sahəsində özünün rəqabətcil siyasətini aparmalıdır. Müzakirələrmiz zamanı bu məsələnin nəzərdən keçirilməsinin səbəbi ondan ibarətdir ki, Estoniya Avropanın enerji təchizatının şaxələndirilməsinin zəruriliyinə qəti şəkildə inanır. Bu məsələdə isə ölkəmiz Azərbaycanı vacib iştirakçılardan biri kimi hesab edir. Bu baxımdan istərdik ki, Azərbaycan ilə Avropa arasında daha sıx əməkdaşlıq olsun. Bilirəm ki, Azərbaycan buna hazırdır. Biz isə Avropa İttifaqının bu istiqamətdə addımlaması üçün həmin təşkilatda ürəkdən çalışacağıq.

Cənab Prezidentin düzgün qeyd etdiyi kimi, ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşma bu gün dünyanın ən mühüm məsələlərindən biridir. Ötən yay biz onun şahidi olduq ki, ərazi bütövlüyünə yenə əməl olunmur. Ərazi bütövlüyünün qorunması mübahisələrin dinc vasitələrdən istifadə edilməklə, sülh yolu ilə həlli İkinci Dünya müharibəsindən sonra Avropada xarici siyasətin beynəlxalq münasibətlərin təməl daşıdır. Bu prinsipin pozulduğu zaman nəyin baş verdiyini görürük. Bu baxımdan biz Azərbaycanın məsələ ilə bağlı mövqeyini yaxşı anlayırıq.

Siz, eyni zamanda qeyd etdiniz, mən buraya Estoniyanın biznes nümayəndələrindən ibarət böyük heyətlə gəlmişəm. Elə sahələr var ki, biz Estoniyada uğurlar qazanmışıq, yeniliklər gətirmişik. Bəzi sahələrdə biz hətta dünyada öncül mövqeyə malikik, baxmayaraq ki, biz kiçik ölkəyik sovet işğalından əziyyət çəkmişik. Bununla belə, əlli illik sovet işğalından miras qalmış bütün problemləri həll etməyə nail olmuşuq bir çox yeniliklər gətirmişik. Özəl sektorumuz Azərbaycana gəlməkdə, sizin müəssisələrinizlə işləməkdə, buraya yeni ideyaları gətirməkdə çox maraqlıdır. Eyni zamanda istəyirik ki, sizin özəl sektorunuz Estoniyaya gəlsin layihələrdə iştirak etsin.

Ümumilikdə bildirmək istəyirəm ki, biz müstəqilliyimizi bərpa etdikdən sonra çox yaxşı münasibətlərimiz olubdur. Hər iki ölkə sovet işğalı altında olub, lakin biz indi çox işlər görməliyik. Keçdiyimiz yol böyük yaxşı olub, indi isə biz səmimi hisslərlə, ümumi yanaşmamızla irəliyə doğru getməliyik. Gördüyümüz kimi, ikitərəfli münasibətlərimizin fundamental əsasları var, indi isə ona söykənərək, quruculuq işləri davam etməlidir. Siyasi iqtisadi əlaqələrimiz daha sıx olmalıdır.

Hesab edirəm ki, bu səfərim həmin sahələrdə bir çox işləri görmək üçün böyük imkanlar açacaqdır.

Sonda mən göstərilmiş qonaqpərvərliyə, iki dost xalq əlaqələrimizin gücləndirilməsi genişləndirilməsi kimi məqsədlərimizə nail olmaq üçün əla şəraitin yaradılmasına görə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Sağ olun!

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 yanvar.-S.2.