Heydər Əliyev Fondu ilə tanışlıq
Azərbaycan Prezidenti
İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva Estoniyanın dövlət
başçısını və onun xanımı Evelin
İlvesi səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev
ali qonağa Azərbaycan xalqının ümummilli liderinin
xatirəsinə yaradılmış Fondun məqsədləri,
ulu öndərin şəxsi arxivindən
götürülmüş və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı
məlumat verdi.
Estoniya Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.
Prezident Toomas Hendrik İlves Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.
Sonra qarşılıqlı hədiyyələr təqdim olundu. Dövlət başçıları və xanımları Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxdılar.
Ali qonaq Fonddan zəngin təəssüratla ayrıldı.
AzərTAc
Azərbaycan.-2009.-14 yanvar.-S.3.