Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Yanvarın 13-də Estoniya Prezidenti Toomas Hendrik İlves Fəxri xiyabana gəlmişdir. Burada ali qonağı nümayəndə heyətinin üzvlərini Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər nazirinin müavini Hafiz Paşayev digər rəsmi şəxslər qarşıladılar.

Estoniyanın dövlət başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, xatirəsini ehtiramla andı.

Prezident Toomas Hendrik İlves görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi qoydu.

Ali qonağa Fəxri xiyabanın tarixi barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 yanvar.-S.4.