Şəhidlərin xatirəsinə ehtiram

 

Həmin gün Estoniya Prezidenti Toomas Hendrik İlves Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Toomas Hendrik İlves "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Estoniyanın Azərbaycanın dövlət himnləri səsləndi. Ali qonağa Şəhidlər xiyabanının tarixi paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Toomas Hendrik İlves Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

Estoniya Prezidentini Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər nazirinin müavini Hafiz Paşayev digər rəsmi şəxslər müşayiət edirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 yanvar.-S.4.