Estoniya Prezidenti İctimai Televiziyaya müsahibə vermişdir

 

Yanvarın 13-də Estoniya Prezidenti Toomas Hendrik İlves Azərbaycan İctimai Televiziyasına müsahibə vermişdir. Estoniya dövlətinin başçısı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin perspektivləri, bu əlaqələrin möhkəmlənməsində Azərbaycan diasporunun rolu, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın potensialından istifadə edilməsi barədə suallara cavab vermişdir.

Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Estoniyanın mövqeyinə dair suala cavabında demişdir ki, onun ölkəsi dövlətlərin ərazi bütövlüyü prinsipinə həmişə hörmətlə yanaşmışdır yanaşır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 yanvar.-S.4.