Yaxşı siyasi münasibətlərə söykənən Azərbaycan-Estoniya əlaqələri uğurla inkişaf edir

 

Prezident İlham Əliyev Prezident Toomas Hendrik İlves Bakıda keçirilmiş Azərbaycan-Estoniya biznes forumunda iştirak etmişlər

 

Estoniya Prezidenti Toomas Hendrik İlvesin çıxışı 

 

- Hörmətli Prezident Əliyev!

Hörmətli nazirlər!

Əziz dostlar!

Çıxışıma belə bir səmimi qəbulun təşkilinə bizi qəbul etdiyinizə görə minnətdarlıq sözləri ilə başlamaq istərdim.

Artıq dediyim kimi, mən Azərbaycana ikinci dəfədir səfər edirəm. Bundan əvvəl, 2000-ci ildə ölkənizə xarici işlər naziri kimi gəlmişdim. Prezidentə dediyim kimi, biz yalnız iki məkanı tanıya bildik: Xəzər dənizi Qız qalası. Yəni, bütün qalan şeylər tamamilə dəyişibdir. Bu, bizə çox xoş təəssürat bağışlayır. Ona görə ki, mənim ölkəmdə xeyli dəyişikliklər baş veribdir. 200 il bundan öncə biz xalq mahnımızda oxuyardıq: "Bizim qızılımız, ki, gümüşümüz var. Torpaqdan başqa heç nəyimiz yoxdur". İndi isə deyə bilərik, bizim neftimiz qazımız yoxdur, lakin yaxşı bacarıqlı insanlarımız var.

Həqiqətən, Estoniyada qaz, ki, neft hasil olunur. Lakin nümayəndə heyətlərinin bir araya gəlməsi bir çox maraqlı fikirlərin üzə çıxmasına imkan yaradır. Bu şəxslər, həqiqətən, yaradıcı düşüncəyə malikdirlər. Müasirləşmə inkişafa gəldikdə, artıq qeyd etdiyim kimi, biz telekommunikasiyalar sahəsində bir çox həll variantlarına malikik. Ola bilsin ki, Estoniyanın hüdudlarından kənarda estonların ən məşhur innovasiyası Skayp telefonlarıdır. Bu, estonların informasiya texnologiyaları sahəsində yeganə ixtirası deyildir.

Lakin demək istəyirəm ki, informasiya texnologiyaları sahəsi ikitərəflidir, yəni burada istifadəçilərin vərdişləri vacib hesab olunur. Məsələn, biz NATO-nun ən yüksək kompüter standartları mərkəzinə çevrilmişik. Çünki siz informasiya texnologiyalarından nəinki insanlarla əlaqə saxlamaq, o cümlədən bəzi hallarda hücum etmək üçün istifadə edə bilərsiniz. Bu məsələlərin həlli sayəsində böyük nailiyyətlərimizi görən NATO ölkəmizi aparıcı məkan kimi seçibdir. NATO-nun Kompüter Mərkəzi Estoniyada yerləşir. Bir sözlə, biz informasiya texnologiyaları sahəsinə xüsusi önəm verdik onlardan inkişaf artım vasitəsi kimi istifadə etmək qərarına gəldik. İnformasiya texnologiyalarını nəinki iqtisadiyyatın ayrılmaz bir hissəsinə, o cümlədən dövlət idarəçiliyinin tərkib elementinə çevirdik. Bütün bunlar dövlət idarəçiliyinin rəvan, sürətli şəffaf formada həyata keçirilməsi məqsədinə xidmət edir.

Zənnimcə, bu, bizim uğurlarımızı şərtləndirən əsas amillərdən biridir. Bütün ixtiralarımızı özümüz etmişik, yəni bu sahədə dərsliklər yoxdur. Lakin apardığımız işlər gözəçarpan nəticələr veribdir. Məsələn, "ekspat" adlı məlumatların mübadiləsi sistemi sahəsində tanınmış tərtibatçılarımızdan bəziləri burada əyləşiblər. Yəni vergi, polis, seçki məsələlərinə aid bütün işlər tam şəkildə kompüterləşdirilibdir. Məsələn, Estoniyanın şəxsiyyət vəsiqələrində məlumat kartı yerləşdirilibdir. Həmin kart vasitəsilə səs verə, vergi ya səhiyyə sahəsində sizə aid olan qovluqlara daxil ola bilərsiniz. Belə şəxsiyyət vəsiqəsini ölkəmizdə istənilən səhiyyə işçisinə təqdim etdikdə həkim sizin əvvəlki müayinələriniz barədə dərhal məlumat əldə edə bilər. Bütün bunları biz özümüz yaratmışıq. Bu gün bir çoxları elektron cəmiyyət terminindən istifadə edir. Biz isə Estoniyada ölkəmizi "E-Estoniya" adlandırırıq. Ümidvarıq ki, həmin təcrübəmizi digər ölkələrlə, o cümlədən Azərbaycanla da bölüşə bilərik.

Kompüterləşdirilmiş dövlət xidmətlərinin faydalı olduğunu görən eston şirkətləri elektron idarəçilik laboratoriyası yaradıblar.

Bu laboratoriyanın əsasını elektron məlumatların təhlükəsiz qaydada mübadiləsini təmin edən "ekspat" sistemi təşkil edir. Bu sistemi özəl şirkətlər dövlət qurumları üçün yaradıbdır. Hökumət xidmətləri bütün ölkələrdə vacibdir. Məsələn, polis orqanlarının fəaliyyətinin əlaqələndirilməsi. Günlərin birində, hələ prezident olmazdan öncə meşəyə dincəlməyə getmişdim. Birdən yol polisi əməkdaşı yaxınlaşıb bildirdi ki, mənim maşınım texniki baxışdan keçməyibdir. Mən ondan soruşdum: siz bunu haradan bildiniz? O dedi ki, kompüter vasitəsilə. Mən təəccüblə soruşdum: burada, meşədə? O, isə cavab verdi ki, biz şəbəkə vasitəsilə bütün qurumlarla bağlantıdayıq.

Bütün bu kimi nailiyyətlər ölkəmizdə işlərin daha səmərəli şəkildə qurulmasına xidmət edir. Beləliklə, dövlət özəl sektorun nümayəndələri, banklar, sığorta kommunal xidmət şirkətləri həmin "ekspat" sistemi ilə bir araya gətirilibdir. Hökumət, onun müxtəlif xidmətləri, səhiyyə sektoru əlaqəli şəkildə işləyir. Biz 100-ə yaxın dövlət məlumat bazası yaratmışıq. Ölkəmizin kiçik olmasına baxmayaraq, çox ədalətli idarəçilik sisteminin qurulmasına nail olmuşuq. Bu, o deməkdir ki, dəftərxana sənədləşmə işlərinin aparılması üçün əlavə işçi qüvvəsinə ehtiyac duyulmur. Fikrimcə, bu, təklif edə biləcəyimiz ən cəlbedici ideyamızdır. Bunu məhsul kimi digər ölkələrə təqdim edə bilərik.

Bir sözlə, demək istəyirəm ki, ölkəmiz informasiya texnologiyalarına meyillidir. Bizim üçün qalan yeganə neft qazın rəqəmsal formata salınmasıdır. Bunu hələ etməmişik. Əgər bunu edə bilsək, ideal əməkdaşlıq qura bilərik. Çünki neft qazı elektron formatda internet vasitəsilə nəql edə biləcəyik.

Ümid edirəm ki, biz şirkətlərimizi bir araya gətirəcəyik. Bugünkü tədbirin məqsədi məhz bundan ibarətdir. Mən hamıya müraciət edərək həm Azərbaycan, həm Estoniya tərəfini bir-biri ilə müştəri ya tərəfdaş qismində danışıqlar aparmağa çağırıram. Məhz bu yolla kiçik ölkələrimiz, rəqabətə baxmayaraq, daha sıx şəkildə inteqrasiya edəcəkdir. Belə olan halda, üzləşdiyimiz kinli siyasi mühitə baxmayaraq, əməkdaşlığımız daha da genişlənəcəkdir.

Cənab Prezident! Tədbir iştirakçılarını bir araya gətirdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Səfər uğurla keçir. Biz bunu elə belə zənn edirdik. Hətta deyərdim ki, zənn etdiyimizdən yaxşıdır, çünki bundan sonra görüləcək işlər çoxdur.

Çox sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-15 yanvar.-S.2.