"Azərbaycan
Respublikası milli təhlükəsizlik orqanlarının
90 illiyi (1919-2009)" Azərbaycan
Respublikasının yubiley
medalının təsis
edilməsi haqqında
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
II. "Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1992-ci il, N 23, maddə
996; 1993-cü il, N 23, maddə
676; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002-ci il, N 5, maddə
251; 2003-cü il, N 12, I kitab,
maddə 677; 2005-ci il,
N 4, maddə 291; 2006-cı il,
N 10, maddə 846; 2007-ci il,
N 3, maddə 213; 2008-ci il,
N 6, maddələr 452, 472) 2-ci maddəsinə aşağıdakı
məzmunda on altıncı
abzas əlavə edilsin:
"Azərbaycan Respublikası
milli təhlükəsizlik
orqanlarının 90 illiyi
(1919-2009)" yubiley medalı".
III. "Azərbaycan
Respublikası milli təhlükəsizlik orqanlarının
90 illiyi (1919-2009)" Azərbaycan
Respublikasının yubiley
medalı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
IV. "Azərbaycan
Respublikası milli təhlükəsizlik orqanlarının
90 illiyi (1919-2009)" Azərbaycan
Respublikasının yubiley
medalının təsviri
təsdiq edilsin (əlavə olunur).
V. Bu qanun
dərc edildiyi gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 dekabr 2008-ci il
Azərbaycan.-2009.-15 yanvar.-S.1.