"Azərbaycan
Respublikası milli təhlükəsizlik orqanlarının
90 illiyi (1919-2009)" Azərbaycan
Respublikasının yubiley
medalının təsis
edilməsi haqqında"Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
"Azərbaycan
Respublikası milli təhlükəsizlik orqanlarının
90 illiyi (1919-2009)" Azərbaycan
Respublikasının yubiley
medalının təsis
edilməsi haqqında"
Azərbaycan Respublikası
2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikası milli təhlükəsizlik orqanlarının
90 illiyi (1919-2009)" Azərbaycan
Respublikasının yubiley
medalının təsis
edilməsi haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz
səlahiyyətləri daxilində
"Azərbaycan Respublikası
milli təhlükəsizlik
orqanlarının 90 illiyi
(1919-2009)" Azərbaycan Respublikasının
yubiley medalının
təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki, Azərbaycan Respublikasının
2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
milli təhlükəsizlik
orqanlarının 90 illiyi
(1919-2009)" Azərbaycan Respublikasının
yubiley medalı haqqında Əsasnamə"nin
2-ci bəndində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik
Nazirliyi həyata keçirir.
3. Bu fərman
dərc edildiyi gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 yanvar 2009-cu il
Azərbaycan.-2009.-15 yanvar.-S.1.