"İşgəncə
və digər qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar
və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın 2005-ci il sentyabrın 15-də imzalanmış Fakültativ Protokolu Azərbaycan Respublikasının ona dair bəyanatı ilə təsdiq edilsin.
II. Bu qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2008-ci il
Azərbaycan.-2009.-15 yanvar.-S.2.