Estoniya Prezidenti Toomas Hendrik İlves Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşdur
Estoniya Prezidenti Toomas
Hendrik İlves Bakının yaxınlığındakı
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşdur.
Ali qonağa məlumat
verildi ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən bu layihə Azərbaycanın
tarixi keçmişinin qorunub saxlanması ilə
yanaşı, ölkəmizin turizm mərkəzlərindən
birinə çevrilməsinə də xidmət edir. Burada hələ
1988-ci ildə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu təşkil
olunmuşdu. Buradakı abidələrin qorunması, eləcə
də Abşeronda aşkar edilən arxeoloji tapıntılar
hesabına qoruğun daha da zənginləşdirilməsi
üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi
ilə burada açıq səma altında ilk
arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. Kompleksdə
Abşeron yarımadasında tapılmış və
eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə
qədər dövrü əhatə edən qayaüstü rəsmlər,
keramika, məişət və bəzək əşyaları,
silah və sikkələr, qədim yaşayış
kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir.
Estoniya Prezidenti
Toomas Hendrik İlves muzey kompleksini gəzdi, buradakı eksponatlarla
Qala Dövlət
Tarix Etnoqrafiya Qoruğunun direktoru Fikrət Abdullayev məlumat verdi
ki, dünyanın ən qədim insan məskənlərindən
olan Azərbaycan ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət
nümunələri ilə
zəngindir. Kompleksin ərazisində Abşeron
yarımadasında aşkar
edilmiş arxeoloji, memarlıq abidələri
toplanmış və
bərpa olunmuşdur.
Bu ərazidə eramızdan
əvvəl III-II minilliklərə
aid kurqanlar, yaşayış
binaları və s. ilkin görünüşündə
olduğu kimi qurulmuşdur.
Ali qonaq Qavaldaşa, Şüvəlan,
Ağdaş düzü,
Xaşaxuna, Zirə yaşayış məskənlərinin
planına, qədim toyxana yerinə, tacir evinin maketinə,
dəvələrə, Dübəndidə
və digər ərazilərdə arxeoloji
qazıntılar zamanı
aşkar olunmuş tapıntılara, qədim
qəbiristanlıqdakı abidələrə
də baxdı, xatirə kitabına ürək sözlərini
yazdı.
Ali qonaq muzey kompleksindən
zəngin təəssüratla
ayrıldı.
AzərTAc
Azərbaycan.-2009.-15 yanvar.-S.4.