Estoniya Prezidenti
caz musiqisi konsertində olmuşdur
Estoniya Prezidenti Toomas Hendrik İlves Bakı Caz Mərkəzində
konsertdə olmuşdur.
Estoniya dövlətinin başçısına
Azərbaycanın zəngin
musiqi ənənələri,
ölkəmizi bütün
dünyada tanıtmış
məşhur caz ifaçıları haqqında
məlumat verildi. Bildirildi ki,
Bakı Caz Mərkəzində müxtəlif
illərdə dünyanın
caz ulduzları çıxış etmişlər.
Ali qonaq və nümayəndə
heyətinin üzvləri
Estoniya və Azərbaycan musiqiçilərinin
ifasında caz kompozisiyalarını dinlədilər.
AzərTAc
Azərbaycan.-2009.-15 yanvar.-S.4.