ABŞ xarici siyasətində əsaslı dəyişikliklər edəcək

 

Hazırda dünyanın diqqət mərkəzində olan əsas məqamlardan biri də yanvarın 20-də ABŞ-da baş tutacaq administrasiya dəyişikliyindən sonra bu ölkənin siyasətinin yeni prioritetləri qlobal maliyyə böhranının qarşısını almaq üçün atılacaq addımlardır. Bu məsələlər ətrafında Obamanın sələfi ilə mövqeyində ciddi fikir ayrılıqlarının olması isə, həm ABŞ-ın yeni Prezidentinin, həm də onun komanda üzvlərinin verdikləri açıqlamalardan aydın hiss olunur.

 

Buş prezidentlikdən sonra fəaliyyətsiz qalmayacaq

 

Bu arada ABŞ-ın indiki Prezidenti Corc Buş Evdə özünün sonuncu mətbuat konfransını keçirib. ABŞ-ın 43-cü Prezidenti hakimiyyətdə olduğu illər ərzində terrorizmlə mübarizəni özünün başlıca uğuru adlandırıb onu da qeyd edib ki, Barak Obama üçün bu, ən kəskin problem olacaq. 2001-ci il sentyabrın 11- baş verənləri xatırladan Buş bildirib ki, terrorla mübarizə məsələsində o, heç vaxt tənqidçilərin mövqeyinə fikir verməyib. Barak Obamaya məsləhətində Buş onu tənqidçilərə əhəmiyyət vermədən fəaliyyət göstərməyə çağırıb.

Siyasi təhlilçilər qeyd edir ki, həqiqətən Buş hakimiyyəti terrorizmə qarşı qətiyyətli mübarizə aparıb bunun nəticəsidir ki, 2001-ci il sentyabrın 11-dən sonra ABŞ-da hər hansı qanlı aksiya törətmək terrorçulara qismət olmayıb.

Lakin İraq Əfqanıstanda müharibənin hələ başa çatmaması, federal büdcədə böyük kəsir (cari il üçün bu göstərici 1,2 trilyon dollara bərabərdir) iqtisadi böhran Buş hakimiyyətinin uğursuzluqları sırasında mühüm yer tutur.

Bununla belə, Buş özü 8 illik idarəçilik dövrünü müsbət qiymətləndirib. Səslənən tənqidləri isə o, Avropada digər yerlərdə formal tənqidçilərin mövqeyi kimi dəyərləndirib. Onun sözlərinə görə, Kioto protokoluna imza atsaydı, İsraili günahlandırsaydı Avropada asanlıqla populyarlıq qazanardı.

Səhvlərinə gəlincə, Buş bildirib ki, 8 il ərzində çox yanlışlıqları olub. Buş ilk növbədə 2003-cü il mayın 1- İraqda Amerika hərbçilərinin missiyasının başa çatdığını elan etməklə səhvə tələskənliyə yol verdyini vurğulayıb. Onun üçün ən böyük məyusedici hadisələrdən biri isə İraqda yerləşən "Əbu-Qreyb" həbsxanasında amerikalı mühafizəçilərin məhbuslar üzərində təhqiredici hərəkətləri olub. İraqda heç bir kütləvi qırğın silahının aşkar edilməməsi Buşu məyus edən məsələlər sırasında olub. Lakin Buş tarixdə oynadığı rolun yalnız zamanın müəyyənləşdirəcəyini bildirib.

ABŞ iqtisadiyyatının üzləşdiyi problemin aradan qaldırılması ilə bağlı Buş bəzən prinsiplərinə zidd addımlar atdığını da vurğulayıb: "Mən iqtisadi baxışlarıma zidd olaraq banklara 700 milyard dollar həcmində yardım göstərilməsinə getdim.

Nəyə görə bu maliyyə böhranı məhz mənim dövrümdə oldu? Bax bu, həqiqətən kədərlidir. Hətta özümün özümə yazığım gəlir. Ancaq mənə elə gəlir ki, Barak Obama özü barəsində belə heyfslənməyəcək".

Buş onu da etiraf edib ki, Obamanın inauqurasiya mərasimini səbirsizliklə gözləyir: "Sonra mən Texasdakı rançoma gedəcəyəm. Hətta mənim qəhvə dəmləmək onu Loraya təqdim etmək imkanım olacaq".

Lakin rançosuna yerləşdikdən sonra Buş bekar qalmağı düşünmür: "Mən elə adam deyiləm ki, həsir papaqda Havay köynəyində çimərlikdə haradasa oturum. Xüsusən içkini atandan sonra". Buş bildirir ki, ona həsr olunan kitabxana Texas universitetlərinin birində araşdırma mərkəzi yaratmaq niyyətindədir.

Barak Obamanın planlarını şərh etməkdən imtina edən Buş əmin olduğunu bildirib ki, xələfi prezidentlik yükünün ağırlığını dərhal hiss edəcək.

 

Hillari Klinton xarici

siyasətdə "ağıllı qüvvə"dən istifadə olunacağını bildirir

 

Obama tərəfindən ABŞ-ın yeni dövlət katibi vəzifəsinə təyin olunan Hillari Klinton isə artıq xarici siyasət məsələsində fərqli siyasət yürüdüləcəyini açıqlayıb. Onun sözlərinə görə, Buş administrasiyası hərbi gücə ideologiyaya həddindən çox bel bağlayıb: "Prezident Obama isə diplomatiyanın əhəmiyyətini artırmaq niyyətindədir".

Xanım Klinton yeni rəhbərliyin Yaxın Şərqdə "ağıllı qüvvə"dən istifadə edəcəyini söyləyib: "Barak Obama mən inanırıq ki, xarici siyasət prinsiplər praqmatizmin vəhdətindən təşkil olunmalıdır, sərt ideologiyadan yox. Xarici siyasətin əsasında fakt dəlillər durmalıdır, daha emosiya stereotiplər yox. Biz "ağıllı qüvvə"dən istifadə etməliyik. Bu isə əlimizdə olan bütün vasitələri nəzərdə tutur. Mən diplomatik, iqtisadi, hərbi, siyasi, hüquqi mədəni vasitələrdən danışıram. Hər bir vəziyyət üçün həmin vasitələrdən birindən ya bir neçəsindən istifadə etmək lazımdır. "Ağıllı qüvvə" diplomatiyanı xarici siyasətimizin avanqardında yerləşdirir".

Hillari Klinton bildirib ki, Barak Obama İran Suriyanı təhlükəli rəftardan əl çəkərək regionda konstruktiv oyunçu olmağa inandırmaq istəyir.

Bundan əvvəl isə ABŞ telekanallarından birinə müsahibəsində Obama İrana münasibətdə yeni yanaşma tətbiq edəcəyini bildirib. Onun sözlərinə görə, hər məsələ İranın davranışlarından asılı olacaq. Yeni Prezident qeyd edib ki, o, İrandan rəhbərlik edəcəyi administrasiyasının müsbət çağırışlarına düzgün cavab verməsini gözləyəcək.

Bu arada o da məlum olub ki, Obama administrasiyası ABŞ hərbçilərinin Əfqanıstandakı missiyasını yenidən nəzərdən keçirəcək. "Washington Post" qəzeti yazır ki, Barak Obama Əfqanıstana əlavə 30 min əsgər göndərəcək ki, bu da hazırkı qüvvənin sayını ikiqat artıracaq. Qəzet onu da bildirir ki, Obamanın milli təhlükəsizlik komandası yeni yerləşdirmələrin vəziyyəti yaxşılaşdıracağını güman etmir. Lakin əlavə qüvvələrin Əfqanıstana gəlişi administrasiyaya yeni strategiya hazırlamağa vaxt verəcək. O da bildirilir ki, Talibanın artan hücumları fonunda ötən il Əfqanıstanda vəziyyət pisləşib. İraqda isə Amerika hərbçilərinin sayının azaldılması planlaşdırılır.

 

Obama Amerika iqtisadiyyatını necə xilas edəcək?

 

Barak Obama təklif etdiyi yeni iqtisadi proqramının 3-4 milyon yeni yerinin açılmasına xidmət edəcəyini bildirir. Həftəlik radiomüraciəti zamanı Obama yerlərinin 90 faizinin özəl sektorlarda açılacağını, qalan 10 faizin isə polis, tədris kimi mühüm ictimai xidmətlərin payına düşəcəyini qeyd edib. Yeni prezident bildirib ki, göstəricilər onun iqtisadi komandasının araşdırmalarına əsaslanır. Planda yarım milyon insanın enerji sahəsində çalışacağı, 400 min adamın isə yollar, körpülər məktəblərin təmir işlərinə cəlb ediləcəyi nəzərdə tutulur.

Lakin ABŞ-ın iqtisadiyyat üzrə yüksək rütbəli rəsmiləri bildirir ki, Obamanın 800 milyard dollarlıq stimul paketi dayanıqlı iqtisadiyyatın bərpası üçün kifayət etməyə bilər. ABŞ Federal Ehtiyatlar Bürosunun sədri Ben Bernanke isə qeyd edir ki, Barak Obamanın təklif etdiyi plan iqtisadiyyata böyük təkan vermiş olacaq. Amma o xəbərdarlıq edib ki, hökumət ölkənin maliyyə sisteminin islahatı üçün əlavə tədbirlər görməlidir. Bernankenin sözlərinə görə, maliyyə böhranı göstərir ki, dünya ölkələri bir-birinə sıx bağlıdır ölkələr ayrı-ayrılıqda iqtisadi, maliyyə nizamlayıcı siyasət yürüdə bilməzlər.

Bütün bunlar isə Obama hakimiyyətinin həm qlobal böhranın təsirinin aradan qaldırılması, həm ABŞ-ın xarici siyasət kursunda Buş administrasiyasından əsaslı şəkildə fərqlənən siyasət yürüdəcəyini nümayiş etdirir. Bu siyasətin hansı nəticələrə gətirib çıxaracağı isə zamanla aydın olacaq.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2009.-15 yanvar.-S.7.