“Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə
üzrə Komissiyası
haqqında Əsasnamənin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının 2005-ci il
3 may tarixli 906-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı
mübarizə üzrə
Komissiyası haqqında
Əsasnamə”yə (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 6, maddə 470; 2007-ci il, ¹ 10,
maddə 934) aşağıdakı
dəyişikliklər və
əlavələr edilsin:
1. 5.3-cü və
7.3-cü maddələrdə “Korrupsiyaya qarşı mübarizə üzrə
Dövlət Proqramının”,
“Korrupsiyaya qarşı
mübarizə üzrə
Dövlət Proqramında”
sözləri müvafiq
olaraq “korrupsiyaya qarşı mübarizə
üzrə dövlət
proqramlarının”, “korrupsiyaya
qarşı mübarizə
üzrə dövlət
proqramlarında” sözləri
ilə əvəz edilsin;
2. aşağıdakı məzmunda
7.10-cu maddə əlavə
edilsin:
“7.10. korrupsiyaya qarşı
mübarizə məsələləri
ilə əlaqədar
proqramların və layihələrin hazırlanması
və həyata keçirilməsi üçün
qeyri-hökumət təşkilatlarına
maliyyə yardımı
göstərir.”;
3. 10-cu maddəyə
aşağıdakı məzmunda
səkkızinci cümlə
əlavə edilsin:
“Komissiyanın
səlahiyyətlərinə aid edilmiş bəzi məsələlər üzrə
Kommissiyanın qərarları
iclas çağırılmadan
üzvlərinin rəyi
öyrənilməklə Komissiyanın
sədri tərəfindən
qəbul edilə bilər.”;
4. 15-ci maddənin
ikinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
“Katibliyin rəhbəri Komissiyanın qərarı
ilə, digər işçiləri isə
Komissiyanın sədri
tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilir.”
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
30 dekabr 2008-ci il.
Azərbaycan.-2009.-16 yanvar.-S.3.