“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa əlavələr
və dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 695; 2007-ci il, ¹ 5, maddə 437, ¹ 10, maddələr 932, 938; 2008-ci il, ¹ 7, maddə 602) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 7.1.4-cü maddədə “edilməsi” sözündən sonra “, habelə məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması” sözləri əlavə edilsin.
2. 13-cü maddədə:
2.1. maddənin adında “və tədris” sözləri “, tədris və təlim” sözləri ilə əvəz edilsin:
2.2. maddənin mətni 13.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilsin:
“13.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
30 dekabr 2008-ci il.
Azərbaycan.-2009.-16 yanvar.-S.3.