“Azərbaycan
Respublikasının Korrupsiyaya
qarşı mübarizə
üzrə Komissiyası
haqqında Əsasnamənin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2008-ci il
30 dekabr tarixli 754-IIIQD
nömrəli Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
“Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər və əlavələr edilməsi
haqqında” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 754-IIIQD nömrəli Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 754-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
13 yanvar 2009-cu il.
Azərbaycan.-2009.-16 yanvar.-S.3.