Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqındaBeynəlxalq Konvensiyanın təsdiq edilməsi barədəAzərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 725-IIIQ nömrəli Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

 

Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqındaBeynəlxalq Konvensiyanın təsdiq edilməsi barədəAzərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 725-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

 

1.1. “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqındaBeynəlxalq Konvensiyanın 7-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətli orqanlar barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.2. öz səlahiyyətləri daxilindəNüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqındaBeynəlxalq Konvensiyanın təsdiq edilməsi barədəAzərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 725-IIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 yanvar 2009-cu il.

 

Azərbaycan.-2009.-16 yanvar.-S.3.