Narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının dövriyyəsi haqqındaAzərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin fərmanı

 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

 

1.1. qüvvədə olan qanunvericilik aktlarınınNarkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının dövriyyəsi haqqındaAzərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.3. Narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının dövriyyəsi haqqındaAzərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması qaydasını müəyyən etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.4. öz səlahiyyətləri daxilindəNarkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının dövriyyəsi haqqındaAzərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının dövriyyəsi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 712) aşağıdakı dəyişikliklər əlavə edilsin:

 

2.1. 1.14-cü bənddə “13-cü maddəsindəsözləri “13.1-ci maddəsindəsözləri ilə əvəz edilsin;

 

2.2. 2-ci bənddə “13-cü maddələrindəsözləri “13.1-ci maddələrində, 13.2-ci maddəsində (ikinci halda)” sözləri ilə əvəz edilsin;

 

2.3. aşağıdakı məzmunda 2-1-ci bənd əlavə edilsin:

 

“2-1. Müəyyən edilsin ki, “Narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının dövriyyəsi haqqındaAzərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində (birinci halda) “müvafiq icra hakimiyyəti orqanlarıdedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi Dövlət Sərhəd Xidməti nəzərdə tutulur.”.

 

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 yanvar 2009-cu il.

 

Azərbaycan.-2009.-16 yanvar.-S.3.