Notariat haqqındaDövlət rüsumu haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin fərmanı

 

“Notariat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

 

1.1. qüvvədə olan qanunvericilik aktlarınınNotariat haqqındaDövlət rüsumu haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.3. öz səlahiyyətləri daxilindəNotariat haqqındaDövlət rüsumu haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Notariat haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 40, ¹10, maddə 640; 2002-ci il, ¹8, 478; 2003-cü il, ¹6, maddə 290; 2005-ci il, ¹8, maddə 717; 2006- il, ¹1, maddə 9, ¹7, maddə 590; 2008-ci il, ¹3, maddə 174) 3-cü bəndinə aşağıdakı əlavələr edilsin:

 

2.1. beşinci abzasda “26- maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin birinci abzasında, beşinci altıncı hissələrində,” sözlərindən sonra “29-cu maddəsinin üçüncü hissəsində (birinci halda),” sözləri əlavə edilsin;

 

2.2. aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə edilsin:

 

həmin Qanunun 29-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan dövlət notariat kontorlarının dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xüsusi hesabına daxil olan vəsaitlərdən istifadə qaydaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir. ”.

 

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 yanvar 2009-cu il.

 

Azərbaycan.-2009.-16 yanvar.-S.3.