"İlham Əliyevin modernləşmə
xəttində azərbaycançılıq
ideologiyası və dövlətçilik strategiyası"
mövzusunda "dəyirmi
masa" görüşü
keçirilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "İlham
Əliyevin modernləşmə
xəttində azərbaycançılıq
ideologiyası və dövlətçilik strategiyası"
mövzusunda "dəyirmi
masa" görüşü
keçirilmişdir.
Görüşü açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, Prezident İlham
Əliyev tərəfindən
həyata keçirilən
sosial-mədəni modernləşmə
xəttinin getdikcə
daha sürətlə
reallaşması, ictimai
həyatın bütün
sahələrindəki köklü
dəyişikliklər elmimiz
qarşısında da
ciddi vəzifələr
qoyur. Bu istiqamətdə
müzakirələrin aparılması,
diskussiyaların təşkili
olduqca vacibdir. Son vaxtlar həmin
məsələlər ətrafında
publisistik müstəvidə
fikir mübadilələrinin
aparılması geniş
vüsət almışdır.
"Dəyirmi masa"da müzakirəyə çıxarılan
mövzunun aktuallığını
vurğulayan M.Kərimov
demişdir ki, azərbaycançılıq ideologiyası
və dövlətçilik
strategiyası məsələlərini
hərtərəfli təhlil
etmək Azərbaycanın
gələcəyini proqnozlaşdırmaq
baxımından çox
böyük əhəmiyyətə
malikdir.
Azərbaycançılıq ideologiyasının formalaşması
və inkişafında
xalqımızın ümummilli
lideri Heydər Əliyevin əvəzsiz rolunu xatırladan AMEA-nın prezidenti dövlətimizin başçısı
İlham Əliyev tərəfindən də
bu istiqamətdə mühüm işlər görüldüyünü bildirmişdir.
"Dəyirmi
masa"da çıxış
edən AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun
direktoru İlham Məmmədzadə, Milli Məclisin deputatı Gültəkin Hacıyeva,
AMEA Rəyasət Heyətinin
elmi katibi Seyran Xavəri və başqaları bildirmişlər ki, müzakirəyə çıxarılmış
mövzu xalqımız
və dövlətimiz
üçün çox
vacib, taleyüklü və həyati əhəmiyyətə malik
məsələdir. Vurğulanmışdır ki, azərbaycançılıq
ideologiyasını dövlətçiliyimizin
əsası hesab edən ulu öndər
Heydər Əliyev onun həyata keçirilməsi istiqamətində
də tarixi addımlar atmışdır.
Naxçıvanda Ali Məclisin sədri
olarkən 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününün
təsis edilməsi, Prezident olduğu dövrdə Dünya azərbaycanlılarının I qurultayının Bakıda
yüksək səviyyədə
təşkili və keçirilməsi, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi
baxımından gördüyü
digər tədbirlər
bunun əyani sübutudur.
Çıxışlarda mövzu
ilə əlaqədar
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin məqalələrinin,
xüsusən, ötən
ilin son günlərində
çap olunmuş
"Zaman haqqında düşünərkən və
elitanı transformasiya
edərkən: varislik
və innovasiyalılıq"
əsərinin böyük
nəzəri əhəmiyyəti
qeyd edilmişdir. Bildirilmişdir ki, milli ideologiya ilə bağlı bu əsərlərdə irəli
sürülən fikirlər
AMEA-nın institutları
üçün sosial
sifariş kimi qəbul edilməli və həmin istiqamətdə elmi fəaliyyət daha da canlandırılmalıdır.
Azərbaycançılıq ideologiyası və
dövlətçilik strategiyası
ilə bağlı araşdırmalar aparılmasında
elmi tədqiqat müəssisələri və
alimləri yaxından
və fəal iştirak etməlidirlər.
Həmin
ideologiyanın humanitar
elm və ziyalılar qarşısında irəli
sürdüyü vəzifələrin
həllini ləngidən
sosial, siyasi, psixoloji səbəblər,
etno-psixoloji stereotiplər
müəyyən edilməli
və aradan qaldırılmalıdır.
Görüşdə səslənmiş fikirlər
əsasında yekun sənədin hazırlanması
qərara alınmışdır.
AzərTAc
Azərbaycan.-2009.-16 yanvar.-S.4.