Azərbaycan Respublikası hökuməti Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

 

1. "Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında 2008-ci il fevralın 18-də Budapeşt şəhərində imzalanmış sənədlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 may tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"ə müvafiq olaraq Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:

Komissiyanın həmsədri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Komissiyanın üzvləri:

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Gülməmməd Cavadov - Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini

Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

İlqar Rəhimov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Bəhram Əliyev - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini

Avtandil Babayev - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin müavini

Həsən Həsənov - Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası hökuməti Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfinin tərkibi barədə Macarıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2009-cu il

 

Azərbaycan.-2009.-17 yanvar.-S.2.