Azərbaycan Respublikası
Prezidentinin bəzi sərəncamlarına dəyişikliklər
və əlavələr
edilməsi barədə
1. Azərbaycan
Respublikası Prezidentinin aşağıdakı sərəncamlarına
dəyişikliklər və əlavələr edilsin:
1.1. "Azərbaycan
Respublikası və İtaliya Respublikası arasında iqtisadi
əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 20 sentyabr tarixli 1680 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı
il, N 9, maddə 782) 1-ci bəndində "Heydər Babayev - Azərbaycan
Respublikasının iqtisadi inkişaf naziri" sözləri
"Natiq Əliyev - Azərbaycan Respublikasının sənaye
və energetika naziri" sözləri ilə əvəz
edilsin, "Gülməmməd Cavadov - Azərbaycan
Respublikasının sənaye və energetika nazirinin
müavini" sözləri çıxarılsın və
"Xələf Xələfov - Azərbaycan
Respublikasının xarici işlər nazirinin müavini"
sözlərindən sonra "Mikayıl Cabbarov - Azərbaycan
Respublikasının iqtisadi inkişaf nazirinin müavini"
sözləri əlavə edilsin;
1.2. "Azərbaycan-Fransa
İqtisadi Komissiyasının Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1699
nömrəli Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, N 9, maddə 800) 1-ci bəndində
"Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi
inkişaf naziri" sözləri "Samir Şərifov - Azərbaycan
Respublikasının maliyyə naziri" sözləri ilə,
"Azər Bayramov - Azərbaycan Respublikası maliyyə
nazirinin müavini" sözləri "Mikayıl Cabbarov - Azərbaycan
Respublikası iqtisadi inkişaf nazirinin müavini" sözləri
ilə, "Sabir İlyasov - "Azərbaycan Hava
Yolları" Dövlət Konserninin baş direktorunun birinci
müavini" sözləri "Sabir İlyasov -"Azərbaycan
Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci
vitse-prezidenti" sözləri ilə və "Rüfət
Aslanlı - Azərbaycan Respublikası Milli Bankının
İdarə Heyətinin üzvü, baş direktor"
sözləri "Avtandil Babayev - Azərbaycan Respublikası
Milli Bankının İdarə Heyəti sədrinin
müavini" sözləri ilə əvəz edilsin;
1.3. "Azərbaycan
Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi
əməkdaşlıq üzrə birgə hökumətlərarası
komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 30 mart tarixli 2070 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
N 3, maddə 296) 1-ci bəndində "Heydər Babayev - Azərbaycan
Respublikasının iqtisadi inkişaf naziri" sözləri
"Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin
birinci müavini" sözləri ilə, "Ramiz Həsənov
- Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Agentliyinin
Baş direktoru" sözləri "Ramiz Həsənov - Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin sədri"
sözləri ilə, "Sabir İlyasov - "Azərbaycan
Hava Yolları" Dövlət Konserninin Baş direktorunun
birinci müavini" sözləri "Sabir İlyasov -
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
birinci vitse-prezidenti" sözləri ilə, "Kamal
İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının regionlararası iqtisadi əlaqələr
şöbəsinin müdiri" sözləri "Kamal
İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti
Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr
şöbəsinin müdiri" sözləri ilə əvəz
edilsin, "Xələf Xələfov - Azərbaycan
Respublikası xarici işlər nazirinin müavini" sözlərindən
sonra "Niyazi Səfərov - Azərbaycan Respublikası
iqtisadi inkişaf nazirinin müavini" sözləri,
"Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət
və turizm nazirinin müavini" sözlərindən sonra
"Nazim İbrahimov - Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri"
sözləri və "Kamal İsmayılzadə - Azərbaycan
Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri
ilə iqtisadi əlaqələr şöbəsinin
müdiri" sözlərindən sonra "Lətif Qəndilov
- Azərbaycan Respublikasının Qazaxıstan
Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri" sözləri əlavə edilsin;
1.4. "Azərbaycan
Respublikası hökuməti və Kuba Respublikası hökuməti
arasında əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il
18 oktyabr tarixli 2444 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, N 10, maddə
981) 1-ci bəndində "Heydər Babayev - Azərbaycan
Respublikasının iqtisadi inkişaf naziri" sözləri
"Əbülfəs Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri"
sözləri ilə, "İlham Ağayev - Azərbaycan
Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin
müşaviri" sözləri "Aqşin Mehdiyev - Azərbaycan
Respublikasının BMT yanında Daimi Nümayəndəsi,
eyni zamanda Kuba Respublikasında akkreditə olunmuş fövqəladə
və səlahiyyətli səfiri" sözləri ilə əvəz
edilsin, "Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət
və turizm nazirinin müavini" sözləri
çıxarılsın və "Xələf Xələfov
- Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini" sözlərindən sonra "Niyazi Səfərov
- Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin
müavini" sözləri əlavə edilsin;
1.5. "Azərbaycan
Respublikası hökuməti və Hindistan Respublikası
hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji
əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il
18 oktyabr tarixli 2445 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, N 10, maddə
982) 1-ci bəndində "Heydər Babayev - Azərbaycan
Respublikasının iqtisadi inkişaf naziri" sözləri
"Hüseynqulu Bağırov - Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər
naziri" sözləri ilə, "Sabir İlyasov - "Azərbaycan
Hava Yolları" Dövlət Konserninin baş direktorunun
birinci müavini" sözləri "Sabir İlyasov -
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
birinci vitse-prezidenti" sözləri ilə əvəz
edilsin, "Firdovsi Əliyev - Azərbaycan Respublikası
ekologiya və təbii sərvətlər nazirinin
müavini" sözləri çıxarılsın və
"Xələf Xələfov - Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini" sözlərindən
sonra "Niyazi Səfərov - Azərbaycan Respublikası
iqtisadi inkişaf nazirinin müavini" sözləri əlavə
edilsin;
1.6. "Azərbaycan
Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi
əməkdaşlıq məsələləri üzrə
birgə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, N 2, maddə 75) 1-ci bəndində
"Heydər Babayev - Azərbaycan Respublikası iqtisadi
inkişaf naziri" sözləri "Yaqub Eyyubov - Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini" sözləri
ilə, "Nazim İbrahimov - Azərbaycan
Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin sədri"
sözləri "Nazim İbrahimov - Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri" sözləri ilə əvəz
edilsin və "Xələf Xələfov - Azərbaycan
Respublikası xarici işlər nazirinin müavini" sözlərindən
sonra "Niyazi Səfərov - Azərbaycan Respublikası
iqtisadi inkişaf nazirinin müavini" sözləri əlavə
edilsin;
1.7. "Azərbaycan
Respublikası hökuməti və Birləşmiş Ərəb
Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət və
texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il
21 may tarixli 2830 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, N 5, maddə
419) 1-ci bəndində "Heydər Babayev - Azərbaycan
Respublikasının iqtisadi inkişaf naziri" sözləri
"Şahin Mustafayev - Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri" sözləri ilə əvəz
edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın 1.1-1.7-ci bəndlərində
göstərilən dəyişikliklər və əlavələr
barədə aidiyyəti tərəflərə müvafiq
bildirişlər göndərsin.
3. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2009-cu il
Azərbaycan.-2009.-17 yanvar.-S.2.