Azərbaycan Prezidenti İlham Əliyevin adından görkəmli şərqşünas-alim İren Melikoffun məzarı üzərinə əklil qoyulmuşdur

 

Azərbaycanın Fransadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, mərhumun dəfn mərasimi 2009-cu il yanvarın 14-də Paris şəhərinin ətrafındakı Sen-Jenevyev-de-Bua qəbiristanlığında keçirilmişdir.

Dəfn mərasimində ölkəmizin Fransadakı fövqəladə səlahiyyətli səfiri Tarik Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanın başsağlıqlarını mərhumun ailə üzvlərinə yaxınlarına çatdırmışdır.

Mərasimdə Fransada yaşayan Azərbaycan icmasının üzvləri, səfirliyin əməkdaşları, fransız ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərhumun məzarı üzərinə səfirliyin adından əklil qoyulmuşdur.

 

 

Azərbaycan.-2009.-17 yanvar.-S.7.