Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Mətyu Brayzəni (ABŞ), Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya) ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti perspektivlərinə dair məsələlər müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 yanvar.-S.3.