Şəhidlər unudulmurlar

 

Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü ölkə vətəndaşlarının əsrlərlə, illərlə ürəyində yaşatdığı, uğrunda mübarizə apardığı ən müqəddəs arzusu olub. Bu mübarizə yolunda qəhrəmanlıq tarixi kimi xatırlanan 1990- ilin 20 Yanvar faciəsi heç vaxt unudulmur, yaddan çıxmır. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən işğalçı Ermənistanın silahlı quldur birləşmələrinin hərəkətlərindən keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə meydanlarına çıxaraq qəti etirazını bildirən dinc əhalinin üzərinə sovet silahlı qüvvələrinin qoşunlarının yeridilməsi Azərbaycanda misli görünməmiş faciə ilə nəticələnmişdi.

 

Rəsmi məlumata görə, vəhşiləşmiş sovet hərbçiləri tərəfindən o müdhiş qış gecəsində Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 800 nəfərdən çox adam yaralanıb. Faciəni bütün ölkələrin proletarlarını ətrafında birləşdirmək arzusunda olan, yaxın uzaq ölkələrin millətləri xalqlarını qardaşlığa birliyə səsləyən qırmızı imperiyanın - SSRİ daxili işlər müdafiə nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə müdafiə naziri Yazovun komandanlığı altında həyata keçirilmişdi. Hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləmiş, qətliamın başvermə səbəblərini açıqlamış, təşkilatçıların, günahkarların adlarını, ilk növbədə SSRİ-nin ilk son prezidenti Mixail Qorbaçovun adını cəsarətlə dünyaya bəyan etmişdi.

Bu cür xəyanəti, ədalətsizliyi tarix heç vaxt unutmur, daim yaddaşında saxlayır. Bu gün böyük hüzn kədər hissi ilə yad etdiyimiz soydaşlarımız həmin faciəli günlərdə Azərbaycanın suverenliyi, xalqının azadlığı uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalmışlar.

Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, xalqımızın şərəf ləyaqəti uğrunda 1990- il yanvarın 19-dan 20- keçən gecə əbədiyyətə qovuşan həmin şəhidlərimizdən biri Cavad Yunis oğlu İsmayılov olmuşdur. Cavad əslən xızılıdır, Bakıda anadan olub. Atası Yunis kişi böyük şairimiz Mikayıl Müşfiqlə əmiuşağıdır. El şairləri arasında Yusif Dağlı təxəllüsü ilə şeirlər yazıb. Elə haqqında söhbət açmaq istədiyimiz Cavad da sağlığında ədəbiyyata böyük maraq göstərib, şeirlər yazıb. Buna baxmayaraq, Cavad İsmayılov başqa sahəyə daha çox meyil göstərib. Bakı şüşə zavodunda fəhlə işləyirdi. Həyat yoldaşı Həcər xanımın xatirələrindən:

- Yanvarın 19-unda Cavad evdə idi, yaman narahat görünürdü. Bir-iki gün öncə yazdığı şeirlərindən mənə oxudu. Axşam gecə növbəsinə işə getməli idi. O vaxt böyük qızım Əzizənin 5, Firuzənin isə 3 yaşı vardı. Bütün günü qızlar ataları ilə əyləndilər, arada dükan-bazara dəyib, evə qayıtdılar. Axşamçağı bir az dincəlib işə getdi. Zavodda fəhlələr erməni işğalçılarına havadarlıq edən sovet hökumətinə etiraz əlaəməti olaraq tətil etmişdilər, əslində, zavodda işi tamam dayandırmışdılar. Cavad yerinə dəyib metro ilə evə qayıdırdı. Təxminən gecə saat 12-nin yarısı olardı. İndiki "20 Yanvar" metro (o vaxt "XI Qızıl Ordu" adlanırdı) stansiyasından çıxıb evə gələrkən "qızıl ordu"nun əsgərləri camaatı gülləbaran edirdilər. Əhali qaçanda yaşlı bir qadın ayaqlar altına yıxılır. Cavad çətinliklə olsa, qadını bir-birilərini itələyən insanların ayaqları altından qaldırmaq üçün aşağı əyilir. Qadını qaldırar-qaldırmaz güllə Cavadın kürəyindən dəyir. Bunu görən qonşu uşağı əvvəlcə evlərinə, sonra bizə qaçıb xəbər gətirir. Onda Firuzə yatmışdı. Qayınanam məni böyük qızımı evdən çölə çıxmağa qoymadı. Özü qonşularla birlikdə səhərəcən xəstəxanalarda Cavadı axtardı.

Biləcəri tərəfdən şəhərə girən tankların, hərbi maşınların, güllə səsindən, adamların hay-harayından, təcili yardım maşınlarının uğultusundan vahimə içində idik. Bilmirdik edək... Səhər açılandan sonra öyrənə bildim ki, Cavad Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasındadır. Qayınanamla tez ora yollandıq. Onu xəstəxananın üçüncü mərtəbəsindəki yaralılar arasında tapdıq, çox çətinliklə danışırdı... Cavad inana bilmirdi ki, ona atəşi vaxtilə iki il xidmətində durduğu sovet ordusunun əsgərləri açıblar. Həkimlər iki gün çalışsalar da, Cavadı ölümün pəncəsindən qurtara bilmədilər. O, yanvarın 22-də keçindi.

Bu qəmli anlardan ayrılmaq üçün ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıdan söhbət açmaq istədim. Mənim bu istəyimə Həcər xanım özü körpü saldı.

- 1993-cü ilədək bizi - məni uşaqlarımı şəhid ailəsi kimi tanıyan olmayıb. Bir dəfə olsun şəhid ailəsinin necə dolanması ilə maraqlanmayıblar. Sağ olsun o böyük insan - Heydər Əliyev! Biz, şəhid ailələri ilə görüşdü, problemlərimizlə maraqlandı. O vaxtdan ailəmizə həmişə qayğı göstərilir. Bu qayğının sayəsində övladlarımı rahat böyütdüm, hər iki qızım ailə qurub. Toylarında Milli Məclisin deputatı Məlahət Həsənova ilə birlikdə bir neçə deputat, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, digər ziyalılar iştirak edirdilər. Sağ olsunlar, ailəmizə həm mənəvi, həm maddi dayaq oldular. Ümummilli liderin tövsiyələrinə əsasən ailəmizə bu gün lazımi qayğı göstərilir. Ona görə, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevə, Nəsimi Rayon İcra Hakimiyyətinə dərin minnətdarlığımı bildirirəm.

Xalqımızın müstəqillik mücadiləsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar faciəsinin qurbanlarından biri Yasamal rayon sakini Aslan Əlikram oğlu Ağaverdiyevdir. O, Yeyinti Sənayesi Texnologiyası Texnikumunu bitirib, ixtisası üzrə indiki Çay evi adlanan müəssisədə məsul işdə işləyirdi. Üç qız atası idi, həyat yoldaşı Zərifə xanım orta məktəbdə rus dili müəllimi idi. Yuxusuna da girməzdi ki, uzun illər gənc nəslə dilini sevə-sevə tədris etdiyi xalqın əsgərləri onun ailəsini başsız qoyacaq.

- Yanvarın 19-da hamımız kefsiz idik. Bir yandan ermənilərin Qarabağ torpaqlarında dinc əhalinin başına gətirdikləri müsibətlər, qırğınlar, digər tərəfdən Bakıdakı hakimiyyətsizlik ovqatı. Bir sözlə, həyat öz axarından çıxmışdı. Axşam Aslan eşidəndə ki, Bakıya qoşun yeridiləcək, tez küçəyə çıxıb qonşularla söhbətləşdi. Bir azdan evə qayıdıb əynini dəyişdi: - Gedirəm görüm, bu, doğrudanmı, belədir? - dedi.

Mən, qayınanam, qardaşları Nadir, Nazim çox dedik ki, axı, sən tankın, topun, ağır texnikanın qabağında əliyalın edəcəksən?! isə... Sözümüzə qulaq asmadı. Belə olanda hətta qayınlarım da onunla getmək istədilər. Qayınanam and-amanla onları geri qaytardı. Hamımız səhəri dirigözlü açdıq. Xəzər dənizindən gəmilərin qulaqbatıran uğultusunu eşitdikcə, ölüb-dirildik. Səhər tezdən bildik ki, Aslanı sovet ordusunun əsgərləri güllələyiblər...

O vaxtdan 19 qış, 19 bahar keçib. Aslanın balaları - Afaq, Məsmə, Şəbnəm dövlət tərəfindən qayğı ilə əhatə olunublar.

Zərifə xanım söhbətimizdə tez-tez xatırladırdı: "Əmiləri o uşaqları heç vaxt korluq çəkməyə qoymadılar. Şükür, orta məktəbi yaxşı oxudular, hər üçü ali təhsil aldı. Böyük qızım Afaq BDU-nun hüquq fakültəsini bitirib. Hazırda Ədliyyə Nazirliyində məsul işdədir. O biri qızlarım İncəsənət Universitetini bitiriblər. Hər üçü işləyir. Afaq Məsmə ailəlidir. Məsmə Milli Dram Teatrında, Şəbnəm isə Azərbaycan televiziyasında çalışır. Mən həm nənəyəm. İlk nəvəmin adını Aslan qoymuşuq. Ailəmiz üçün çox böyük senvincdir. Mənə elə gəlir ki, bunlara görə Aslanın da ruhu rahatdır. Bütün uğurların səbəbkarı ilk növbədə, dövlətimiz, Prezidentimizdir. Biz bunu ailədə , ictimaiyyət arasında da hiss edirik.

Ailədə olduğu kimi, ictimaiyyət arasında da Aslan Ağaverdiyevin xatirəsi həmişə əziz tutulur. Vaxtilə təhsil aldığı 31 nömrəli məktəb 1995-ci ildən onun adını daşıyır. Məktəbin önündə şəkli, haqqında ətraflı məlumat var. Məktəbin içərisində büstü qoyulub. Böyük stenddə şəhid Aslan Əlikram oğlu Ağaverdiyevin ömür yolundan bəhs edilir. Hər il yüzlərlə məktəbli stendin önünə gəlir, şəhidi ehtiramla yad edir onun kimi qəhrəman, vətənpərvər olmağa söz verir...

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2009.-20 yanvar.-S.4.