Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun rəhbərliyi ilə nazirliyin şəxsi heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarını qurban vermiş igid Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər. Sonra Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti adından "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulmuşdur.

Anma mərasimində nazirliyin əməkdaşları milli təhlükəsizlik orqanlarının Vətənimizin azadlığı uğrunda canlarından keçmiş və bu müqəddəs məkanda əbədiyyətə qovuşmuş şəhid əməkdaşlarının məzarlarını da ziyarət etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 yanvar.-S.6.