Qanlı Yanvar faciəsinin 19-cu ildönümü
ilə əlaqədar
Şəhidlər xiyabanını
ümumxalq ziyarəti
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir
tarixinə ən faciəli günlərdən
biri, eyni zamanda, xalqımızın
qəhrəmanlıq səhifəsi
kimi daxil olmuşdur. Doğma yurdunun, xalqının
azadlığını, şərəf
və ləyaqətini
hər şeydən uca tutan vətənpərvər
Azərbaycan oğulları
həmin müdhiş
gecədə canlarından
keçərək şəhidlik
zirvəsinə ucalmışlar.
Sovet qoşunlarının
Azərbaycanda törətdiyi
qanlı qırğından
19 il keçməsinə
baxmayaraq, xalqımız
o dəhşətli günlərin
ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının
o vaxtkı rəhbərlərinə
və onların Azərbaycandakı nökərlərinə
dərin nifrətini bildirir.
Riyakar Mixail Qorbaçov başda olmaqla Sovet İttifaqı
rəhbərliyinin Azərbaycana
qarşı qərəzli
siyasətinə, tarixi
torpaqlarımıza iddia
edən erməni millətçilərinin açıq-aşkar
dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin
xəyanətkar mövqeyinə
etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə
qarşı sovet ordusunun iri hərbi
birləşmələrinin yeridilməsi Azərbaycanda,
xüsusilə Bakıda
misli görünməmiş
faciəyə gətirib
çıxardı, böyük
itkilərlə, günahsız
insanların ölümü
ilə nəticələndi.
Respublikanın o vaxtkı qeyrətsiz,
kölə psixologiyalı
rəhbərlərinin isə
bu faciədən sonra da yenə
də xalqla bir olmağa cəsarəti çatmadı
və onlar sovet rəhbərliyinin ətəyindən əllərini
çəkmədilər. Onların əksinə olaraq, həmin vaxt Moskvada yaşayan
xalqımızın dahi
oğlu Heydər Əliyev xəstəliyinə
baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək
Qanlı Yanvar qırğınını törədənləri
pisləyən kəskin
bəyanatla çıxış
etdi, xalqımızın
başına gətirilən
müsibəti dünyaya
çatdırdı. Bununla da
ulu öndərimiz cəsarətini, mərdliyini,
xalqının sədaqətli
oğlu olduğunu bir daha sübut
etdi.
Lakin ermənilərin fitvası
ilə törədilmiş
bu cinayət Azərbaycan xalqının
iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə
- azadlıq və müstəqilliyinə nail oldu
və bu nailiyyəti heç vaxt əlindən verməyəcəkdir.
Sovet İttifaqının süqutundan
və dövlət müstəqilliyinin bərpa
edilməsindən sonra
Azərbaycan rəhbərləri
xalqımıza qarşı
törədilmiş bu
ağır cinayətin
fərqinə varmadılar,
onların başları
hakimiyyət uğrunda
mübarizəyə qarışdı,
həmin cinayətin törədilməsinin məsuliyyətindən
qaçmaqla vəzifələrini
bitmiş hesab etdilər. Yalnız Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə
ikinci dəfə qayıdışından sonra,
1994-cü ildə 20 Yanvar
hadisələrinə siyasi-hüquqi
qiymət verildi və cinayəti törədənlərin adları
ictimaiyyətə çatdırıldı.
Müstəqil Azərbaycan
dövləti, onun rəhbərliyi bütün
tariximizə, mədəniyyətimizə,
adət-ənənələrimizə olduğu kimi, 1918-ci ilin mart, 1990-cı ilin 20 Yanvar, 1992-ci ilin Xocalı qırğınları
kimi faciəli tarixlərin anılmasına
da xüsusi həssaslıqla yanaşır
və bununla bağlı müvafiq tədbirlər görür.
Azərbaycan Prezidenti İlham
Əliyevin sərəncamı
ilə Şəhidlər
xiyabanında əsaslı
yenidənqurma və təmir işlərinin görülməsi bunu bir daha təsdiqləyir.
Azərbaycan xalqı
hər il
20 Yanvar faciəsi qurbanlarının xatirəsini
dərin ehtiramla yad edir.
Yanvar faciəsinin
on doqquzuncu ildönümü
ilə əlaqədar
Prezidentin Administrasiyası
tərəfindən bu
il də
geniş tədbirlər
planı hazırlanmış,
respublikanın bütün
şəhər və
rayonlarında anma mərasimləri keçirilmişdir.
Çünki şəhidlər ölməzdir, bu ölməzlik müstəqilliyimizdə,
birliyimizdə yaşayır.
***
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına
gəldilər.
Prezident İlham Əliyev "Əbədi məşəl"
abidəsi önünə
əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət
himni səsləndi.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı
dini icmaların başçıları, xarici
ölkələrin Bakıdakı
səfirləri, beynəlxalq
təşkilatların nümayəndələri
də şəhidlərin
əziz xatirəsini yad etməyə gəlmişdilər.
***
Şəhidlər xiyabanının ziyarət
olunması mərasimində
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Baş nazirin və parlament sədrinin müavinləri iştirak
edirdilər.
AzərTAc
Azərbaycan.-2009.-22 yanvar.-S.1.