Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının
xarici əlaqələr
və Avropa qonşuluq siyasəti üzrə komissarı xanım Benita Ferrero-Valdnerin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Avropa İttifaqının
xarici əlaqələr
və Avropa qonşuluq siyasəti üzrə komissarı xanım Benita Ferrero-Valdnerin
başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir.
Görüşdə ölkəmizlə Avropa İttifaqı arasında müxtəlif sahələrdə
uğurla inkişaf edən əməkdaşlığın
bundan sonra da yaxşı perspektivləri olduğu vurğulandı. Azərbaycanın Avropa qonşuluq
siyasətində fəal
iştirakı yüksək
qiymətləndirildi, Azərbaycanla
Avropa İttifaqı arasında əlaqələrin
gələcək inkişafına
dair geniş fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2009.-22 yanvar.-S.2.