Azərbaycanın dövlət
bayraqları matəm əlaməti olaraq endirilmişdir
Qanlı faciənin
ildönümü ilə əlaqədar yanvarın 20-də Azərbaycanın
bütün yaşayış məntəqələrində
dövlət bayraqları matəm əlaməti olaraq
endirilmişdi.
Sovet
qoşunlarının törətdiyi qanlı qırğından
19 il keçməsinə baxmayaraq, xalqımız o
müdhiş gecənin dəhşətlərini unutmur, bu vəhşiliyin
səbəbkarlarına öz dərin nifrətini bildirir və
azadlıq aşiqlərinin - şəhidlərin əziz xatirəsini
ehtiramla yad edir.
Xatırladaq ki,
keçmiş Sovet İttifaqı rəhbərliyinin, bilavasitə
Mixail Qorbaçovun göstərişi ilə Azərbaycana
qarşı hərbi təcavüz nəticəsində
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və
sonrakı günlərdə Bakıda və respublikanın
ayrı-ayrı regionlarında 140 əliyalın insan
öldürülmüş, 744 nəfər yaralanmış,
841 nəfər qanunsuz həbs olunmuşdu. Hərbçilər
tərəfindən 200 ev, 80 avtomaşın, külli miqdarda
dövlət mülkiyyəti və şəxsi əmlak məhv
edilmişdi.
AzərTAc
Azərbaycan.-2009.-22 yanvar.-S.2.