Sosioloji sorğu əhalinin referenduma marağının yüksək olduğunu göstərmişdir

 

Hüquqi və Demokratik İslahatlar Mərkəzi referendumla əlaqədar keçirdiyi sorğunun nəticələrini açıqlamışdır. Mərkəzdən bildirmişlər ki, sorğunun keçirilməsindən məqsəd əhalinin martın 18-də keçiriləcək referenduma və digər məsələlərə münasibətini öyrənmək olmuşdur.

Seçmə üsulu ilə 43 rayondan 1654 respondent arasında keçirilmiş sorğunun nəticələrinə görə, rəyi soruşulanların 75,5 faizi ümumxalq səsverməsində (referendumda) iştirak edəcəyini bildirmişdir. Respondentlərin 76,1 faizi referendumun azad və demokratik keçiriləcəyinə inandığını ifadə etmişdir.

Sorğuda iştirak edənlərin 85,4 faizi bir şəxsin iki dəfədən artıq müddətə prezident seçilməsi ilə bağlı Konstitusiyaya təklif olunan dəyişikliyə də müsbət münasibət bildirmişdir. "Cəmiyyətdə hansı partiyanın nüfuzu daha çoxdur" sualına respondentlərin 70,4 faizi "Yeni Azərbaycan Partiyası" cavabını vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-22 yanvar.-S.2.