Bakı Metropolitenində 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir

 

20 Yanvar faciəsinin 19-cu ildönümü həmin tarixi günü öz adında yaşadan metronun 20 Yanvar stansiyasında qeyd edilmişdir.

Tarixi günlə əlaqədar stansiyaya gələn Bakı Metropoliteninin rəisi Tağı Əhmədov 19 il əvvəl baş vermiş faciə ilə bağlı görülmüş işlərdən danışmışdır. O bildirmişdir ki, əvvəlcədən hazırlanmış plana uyğun olaraq kollektivdə qanlı hadisəyə həsr olunmuş iclas keçirilmiş, stansiyalar matəmə uyğun olaraq qərənfil və qara lentlərlə bəzədilmiş və metronun bütün stansiyalarında matəm musiqisi səsləndirilir.

Saat 12.00-da metropolitenin bütün stansiyalarında hərəkət dayandırılmış, qatarlar siqnal vermişdir.

 

 

Azərbaycan.-2009.-22 yanvar.-S.5.