"Pakistan - Dünya" jurnalının
xüsusi nömrəsi
Azərbaycana həsr olunub
Pakistan Senatının
Xarici Əlaqələr Komitəsinin nəşr etdirdiyi
"Pakistan -Dünya" jurnalının dekabr nömrəsi
Azərbaycana həsr olunmuşdur.
Azərbaycanın
Pakistandakı səfirliyindən bildirmişlər ki, bu
ölkə parlamentinin yuxarı palatası olan Senatın Xarici
Əlaqələr Komitəsinin senatorlarından ibarət
nümayəndə heyəti komitənin sədri
Müşahid Hüseynin rəhbərliyi ilə ötən
ilin iyulunda Azərbaycanda səfərdə olmuşdur. Senator
Müşahid Hüseynin müraciəti ilə başlayan
jurnalda nümayəndə heyətinin ölkəmizə səfəri,
Azərbaycan Prezidenti İlham Əliyevlə, Milli Məclisin Sədri
Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov,
sənaye və energetika naziri Natiq Əliyevlə
görüşlərindən bəhs edən materiallara geniş
yer verilmişdir.
Nümayəndə heyətinin
Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupunun
üzvləri, Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr, sosial siyasət,
təhlükəsizlik və müdafiə məsələləri
daimi komissiyalarının üzvləri, habelə Yeni Azərbaycan
Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovla
görüşlərindən də bəhs olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-22 yanvar.-S.7.