Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Georgi Pırvanovun təkbətək görüşü

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun təkbətək görüşü olmuşdur.

Azərbaycanın dövlət başçısı Bolqarıstan rəhbərini qarşıladı.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar digər sahələrdə uğurla inkişaf etdiyi, qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial imkanların olduğu vurğulandı.

Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.

Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da genişləndiriləcəyinə əminliklərini ifadə etdilər.

Görüşdə daha sonra ikitərəfli münasibətlər, regional beynəlxalq əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-23 yanvar.-S.1.