Rusiya tərəfi
Azərbaycanın Xarici
İşlər Nazirliyinin
rəsmi notasına cavab notası təqdim etmişdir
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər
ki, yanvarın 22-də
nazir Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycandakı
səfiri Vasili İstratov ilə görüşmüşdür.
Görüşdə səfir
V.İstratov Ermənistanın
Gümrü şəhərində
yerləşən Rusiyanın
hərbi qüvvələrinə
məxsus 102 saylı hərbi bazadan Ermənistanın hərbi
qüvvələrinə təxminən
800 milyon ABŞ dolları
həcmində hərbi
silah və sursatın verilməsinə
dair mətbuatda yayılmış məlumatla
əlaqədar yanvarın
15-də Azərbaycanın Xarici
İşlər Nazirliyinin
verdiyi rəsmi notaya Rusiya tərəfinin
cavab notasını təqdim etmişdir.
Notada bildirilir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən 2008-ci ildə
Ermənistana Azərbaycan
Respublikası ictimaiyyəti
arasında, o cümlədən
kütləvi informasiya
vasitələrində geniş
mənfi əks-səda
yaratmış 2009-cu ilin
yanvarın 8-də "www.mediaforum.az"
internet saytında dərc
edilmiş naməlum sənəddə göstərilmiş
nomenklatura üzrə
və məbləğdə
silah və hərbi texnika verilməmişdir və satılmamışdır.
Həmçinin notada qeyd edilir
ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası
onları birləşdirən
strateji əməkdaşlığın
sıx əlaqələri
ruhunda mümkün şübhələri birgə
həll edəcəklər.
Rusiya tərəfi ümidvar olduğunu bildirmişdir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə ictimaiyyətini və kütləvi informasiya vasitələrini Rusiyanın
məsələ ilə
bağlı mövqeyi
barədə məlumatlandıracaqdır.
AzərTAc
Azərbaycan.-2009.-23 yanvar.-S.1.