Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakının Sabunçu, Nizami və Nərimanov rayonlarında bir sıra obyektlərin açılışında olmuşdur
Heydər Əliyev
Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva "Uşaq evləri və internat məktəblərinin
inkişafı proqramı"
çərçivəsində Bakının Sabunçu,
Nizami və Nərimanov rayonlarında bir neçə obyektin açılışında
iştirak etmişdir.
Fondun prezidenti əvvəlcə
Maştağa qəsəbəsindəki
"Təbəssüm" uşaq sanatoriyasına gəldi. Mehriban xanım Əliyeva
sanatoriyanın açılışını
bildirən rəmzi qırmızı lenti kəsdi, foyedə ümummilli lider Heydər Əliyevin büstü önünə
gül dəstəsi qoydu.
"Sanatoriyamızın
dünəni və bu günü" stendi ilə
225 çarpayılıq tibb ocağı qastroenteroloji və pulmolonoji profillidir. Sanatoriya poliklinikalardan göndərişlə
yaş yarımdan 7 yaşınadək uşaqları
qəbul edir. Həmin göndəriş əsasında
uşaqlar burada 2 ay pulsuz müalicə olunur və sağlamlıqlarını bərpa
edirlər. Hazırda
sanatoriyada 56 uşaq müalicəsini davam etdirir, onlara 8 həkim, 45 tibb bacısı, 14 tərbiyəçi
müəllim xidmət
göstərir.
Heydər Əliyev Fondunun prezidenti idman zalında balacaların bədən tərbiyəsi
ilə məşğul
olduqlarını müşahidə
etdi.
Sanatoriyadakı uşaqlar ölkənin birinci xanımını onlara məxsus səmimiyyətlə qarşıladılar.
Balacaların əhatəsində olan Mehriban xanım onlarla şirin söhbət etdi.
Yaradıcılıq studiyasında uşaqların
ifasında mahnıya maraqla qulaq asan
Heydər Əliyev Fondunun prezidenti onlara tezliklə sağalmağı, vətənimizin
layiqli övladları
kimi böyüməyi
arzuladı.
Ölkənin birinci xanımı uşaqların yataq otaqlarına da baxdı. Sanatoriyada gözəl yeməkxana
və geniş mətbəx də tikilmişdir.
Azərbaycanın birinci xanımı uşaq sanatoriyasında yaradılmış şəraitdən
məmnun qaldı. Bu müəssisənin uğurla
fəaliyyət göstərəcəyinə
əminliyini bildirdi.
* * *
Sonra Nizami rayonundakı 1 nömrəli
uşaq evinə gələn Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin foyedəki büstü önünə gül dəstəsi qoydu, burada görülmüş
işlərlə
Uşaqların asudə vaxtını səmərəli təşkil
etmək məqsədi
ilə binada əlavə mərtəbə
tikilmişdir. Bundan başqa, əsaslı
təmir işləri
aparılmış, yeni
avadanlıq alınmış,
istilik sistemi istifadəyə verilmişdir.
Yeni inşa olunmuş mərtəbədə kompüter,
tikiş, toxuculuq, rəssamlıq otaqları,
yaradıcılıq studiyası
fəaliyyət göstərir.
Studiyada Mehriban xanıma uşaqların toxuduğu
xalça hədiyyə
olundu. Hədiyyələrə görə təşəkkürünü
bildirən Mehriban xanım uşaqlara yeni yaradıcılıq uğurları arzuladı.
Həyətdə aparılmış
yaşıllaşdırma və
abadlıq işləri
ilə
Sonra Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
uşaq evlərində
tərbiyə almış,
yaşı 18-dən yuxarı
olan qızlar üçün inşa edilmiş 50 mənzillik,
100 nəfərlik yaşayış
binasının açılışı
oldu. Mehriban xanım Əliyeva rəmzi qırmızı
lenti kəsdikdən sonra binadakı otaqlarda yaradılmış
şəraitlə
Binadakı bütün mənzillər
müvafiq mebel, televizor, paltaryuyan maşın və digər məişət avadanlığı ilə
təmin olunmuşdur.
* * *
Fondun prezidenti həmin gün Nərimanov rayonundakı 38 nömrəli
musiqi məktəbinin
açılışında da iştirak etdi.
Rəmzi qırmızı lenti kəsdikdən sonra Mehriban xanım Əliyevaya məlumat verildi ki, 30 ilə yaxındır bu məktəbdə kor və zəif
görən uşaqlar
fortepiano, kamança, nağara
və xanəndəlik
kurslarında təhsil
alırlar.
2008-ci ilin avqust ayında
musiqi məktəbində
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə əsaslı təmir işlərinə
başlanmış, bir
neçə yeni sinif otağı inşa olunmuş, istilik, qaz, su
və işıq sistemləri təzələnmişdir. Musiqi məktəbi
fond tərəfindən yeni
musiqi alətləri və avadanlıqla təmin olunmuşdur.
Hazırda 14 sinif otağı
olan musiqi məktəbində 50 müəllim
200-dək uşağa musiqi
sənətinin incəliklərini
öyrədir.
Mehriban xanım bildirdi ki, Heydər Əliyev Fondu bu qəbildən olan uşaqlar üçün nəzərdə
tutulan layihələrə
xüsusi diqqət yetirir. "Kor və zəif görən uşaqların İKT-yə
çıxışının təmin olunması layihəsi"ni həyata keçirir. Həmin layihə çərçivəsində
Gəncədə xüsusi
məktəb tikiləcəkdir.
İndi Azərbaycan uşaqlarının
ən müasir texnologiyalara yiyələnmələri
üçün dünyanın
hər yerindən avadanlıq gətirilir.
Məktəbin nağaraçalanlar
qrupunun ifasında milli ritmləri, fortepiano sinfində uşaqların
səsləndirdikləri musiqi
parçalarını maraqla
dinləyən Mehriban
xanım buradakı uşaqların xüsusi istedada malik olduğunu bildirdi və beynəlxalq festivallarda onların iştirakının təmin
edilməsi üçün
müvafiq tövsiyələrini
verdi.
Məktəbin şagirdləri göstərilən
qayğı və diqqətə görə Mehriban xanıma minnətdarlıqlarını bildirdilər.
AzərTAc
Azərbaycan.-2009.-23 yanvar.-S.2.