Azərbaycanın süni peykinin orbitə buraxılması regional baxımdan əhəmiyyətlidir
Milli rabitə peykinin
buraxılmasını nəzərdə tutan "AzərSat"
layihəsi çərçivəsində yaxın vaxtlarda
iki qlobal orbital mövqe icarəyə götürüləcəkdir.
Azərbaycanın bu günədək aldığı orbital
mövqelər yalnız ölkə daxilində istifadə
üçün nəzərdə tutulmuşdur.
Beynəlxalq
Telekommunikasiya İttifaqı ilə qlobal mövqelərin
alınması istiqamətində iş aparılır, bir
neçə ölkə ilə memorandum da
imzalanmışdır.
Azərbaycanın 2010-cu
ildə birinci, 2011-ci ildə isə ikinci süni peykinin orbitə
çıxarılması regional baxımdan böyük əhəmiyyət
kəsb edir. Bu peyklər Şərqi Avropa, Şimali Afrika,
MDB, Orta, Mərkəzi və Şərqi Asiyanın bir hissəsini
əhatə edəcəkdir. Beləliklə, ölkəmizin
beynəlxalq məkana çıxışı təmin
olunacaqdır. Bununla əlaqədar dövlət
başçısı "Azərbaycan Respublikasında kosmik
sənayenin yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması haqqında" Sərəncam
imzalamışdır.
AzərTAc
Azərbaycan.-2009.-23 yanvar.-S.3.