Azərbaycanın BMT yanında daimi nümayəndəliyində anma mərasimi keçirilmişdir

 

Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyində anma mərasimi keçirilmişdir.

Daimi nümayəndəliyin əməkdaşları, Nyu-Yorkda yaşayan soydaşlarımız əvvəlcə 1990- ilin yanvarında xalqımızın azadlığı naminə öz həyatlarını qurban vermiş Azərbaycanın oğul qızlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Daimi nümayəndəliyin müşaviri Tofiq Musayev, Azərbaycan-Nyu-York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyeva başqaları çıxış edərək sovet imperiyası qoşunlarının törətdiyi qırğından danışmış, 20 Yanvarın həm bir qəhrəmanlıq tarixi olduğunu şəhidlərimizin xatirəsinin daim Azərbaycan xalqının yaddaşında qalacağını bildirmişlər.

Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar BMT-nin baş katibinə, BMT Katibliyinin əsas idarələrinə üzv dövlətlərin daimi nümayəndəliklərinə press-reliz göndərilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-23 yanvar.-S.4.