Əcnəbilərdən tələb olunan sənədlərin sayı artırılacaq

 

Yanvarın 22-də Milli Məclisin İnsan hüquqları daimi komissiyasının iclası keçirildi. İclasda "İmmiqrasiya haqqında" "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavə dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə edildi. Komissiyanın sədri Rəbiyyət Aslanova adı çəkilən qanunlara əlavə dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, "İmmiqrasiya haqqında" qanuna təklif edilən əlavə zamanın tələbindən irəli gəlir. Qanuna əsasən respublikamıza gələn əcnəbilər ya vətəndaşlığı olmayan şəxslər vəsatətlərində Azərbaycana immiqrasiyasını əsaslandırmalıdırlar. Bunun üçün notarial ona bərabər tutulan qaydada təsdiq edilən bir neçə sənəd tələb olunur. Layihəyə əsasən əcnəbilər Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədləri təqdim etməlidirlər.

"Dövlət rüsumu haqqında" qanuna təklif olunan əlavə dəyişikliklər isə əcnəbilərin ölkəmizdə qeydiyyatı ilə bağlı müddəaları əhatə edir.

Qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edildi.

 

 

Azərbaycan.-2009.-23 yanvar.-S.4.