Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

 

Yanvarın 23-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Polşa Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Françişek Qaqor ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ölkələrimiz arasında mövcud olan hərbi əməkdaşlıq sazişindən irəli gələn məsələlər müzakirə olunmuş bu əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində faydalı fikir mübadiləsi aparılmışdır.

Nazir Səfər Əbiyev qonağa regiondakı hərbi-siyasi vəziyyət barədə məlumat vermişdir.

General Françişek Qaqor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı ölkəsinin mövqeyini açıqlayaraq bildirmişdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Görüşdə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-24 yanvar.-S.3.