Bakı Şəhər Prokurorluğunda ötən ilin yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir

 

Yanvarın 23-də Bakı Şəhər Prokurorluğunda şəhər prokurorluq orqanları tərəfindən 2008-ci ildə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov, ilk növbədə, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf konsepsiyasının reallaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında görülən məqsədyönlü uğurlu tədbirlərin nəticəsində 2008-ci ildə ölkə həyatının bütün sahələrində əhəmiyyətli uğurların əldə edildiyini, iqtisadiyyatın 11 faiz artımına nail olunduğunu, yoxsulluğun səviyyəsinin 13.2 faizə endiyini, son beş ildə 766 min yeni yeri açıldığını diqqətə çatdırmışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng transmilli layihələrin həyata keçirilməsi ölkəmizin siyasi iqtisadi mövqelərini möhkəmləndirmiş, bölgədəki rolunu daha da artırmışdır. Bu inkişaf məhkəmə, prokurorluq, ədliyyə polis orqanlarının da müasirləşdirilməsinə, insan vətəndaş hüquq azadlıqlarının hərtərəfli təmin olunmasına zəmin yaratmışdır.

Xalqımızın 2008-ci il oktyabrın 15-də keçirilmiş pezident seçkilərində xüsusi fəallıqla iştirak edərək ölkəmizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdiyini diqqətə çatdıran şəhər prokuroru, yola saldığımız ilin həm prokurorluq işçiləri üçün əlamətdar olduğunu bildirmişdir. Prezident İlham Əliyevin peşə bayramımız yubileyimiz ərəfəsində prokurorluq orqanlarının əməkdaşlarına ünvanladığı təbrik, gördüyümüz işlərə verdiyi yüksək qiymət, prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi, prokurorluq əməkdaşlarının bir qrupunun yüksək dövlət mükafatlarına ali xüsusi rütbələrə layiq görülməsi hamımızın böyük sevincinə səbəb olmuşdur.

Müşavirədə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlətçilik siyasətinin ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi mövcud kriminogen durumun sabitləşməsi işində oynadığı böyük rol diqqətə çatdırılmış, 2008-ci ildə qeydə alınmış 10390 cinayət hadisəsinin açılma faizinin 81,4 faiz təşkil etməsi, ötən illərdə törədilməklə uzun müddət bağlı qalan qəsdən adamöldürmə, çoxsaylı quldurluq hadisələri törətmiş mütəşəkkil cinayətkar dəstənin ifşa edilməsi, xeyli miqdarda qanunsuz narkotik vasitənin psixotrop maddələrin dövriyyədən çıxarılması hüquq-mühafizə orqanlarının əlaqəli birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirilmişdir.

Şəhərin prokurorluq orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyin tələbkarlıqla həyata keçirilməsi, bu sahədə qanunvericiliyə ciddi əməl olunması, təhqiqatın, istintaqın tam, hərtərəfli obyektiv aparılmasına nəzarətin gücləndirilməsi sayəsində il ərzində prokurorluqda 407, daxili işlər orqanlarında isə 3924 cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir.

Hesabat dövründə bir sıra ağır xüsusilə ağır cinayət işləri istintaq olunaraq həmin cinayətləri törətmiş şəxslər ifşa edilməklə cinayət məsuliyyətinə cəlb olunmuşlar. Belə ki, vətəndaş Ofelya Abbasovanın, iki qızı nəvəsi ilə birlikdə yaşadığı mənzildə, naməlum şəraitdə, xüsusi amansızlıqla öldürülməsi faktı ilə başlanmış cinayət işinin şəhər prokurorluğunda istintaqı peşəkarlıqla aparılaraq hadisəni törətmiş Niyaməddin Nuriyev cinayət məsuliyyətinə cəlb olunaraq məhkəməyə verilmişdir.

Vətəndaş Şərqiyyə Axundovanı naməlum şəraitdə qətlə yetirmiş Elnur Məmmədov Elgün Bayramov da intensiv aparılan istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində toplanmış sübutlarla ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilmişlər.

Müşavirədə bildirilmişdir ki, hesabat dövründə əldə olunmuş müsbət nəticələrlə yanaşı, nöqsanlar da mövcuddur. 2008-ci ildə baş vermiş 5 qəsdən adamöldurmə cinayətinin indiyə kimi açılmaması, quldurluq cinayətlərinin artması bu sahədə daha təsirli tədbirlərin görülməsi zərurətini yaratmışdır.

Ötən il vətəndaşların qəbuluna, onların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilmişdir. Dövlətimizin başçısı İlham Əliyevin vətəndaşları narahat edən problemlərin aradan qaldırılması, onların ərizə müraciətlərinə vaxtında baxılması barədə tapşırığına tam əməl edilməsi şəhərin prokurorluq orqanları əməkdaşlarından tələb olunmuşdur.

Prokurorluğun əməkdaşlarından əmək icra intizamına tam, dəqiq riayət olunması tələb edilmiş, qanun pozuntularına yol vermiş işçilər barəsində ciddi tədbirlər görülmüşdür. Belə ki, ötən il prokurorluğun 15 əməkdaşı intizam qaydasında cəzalandırılmış, o cümlədən 1 nəfər prokurorluq orqanlarından xaric edilmişdir.

Şəhər prokuroru Əziz Seyidov "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin müzakirəsi, onun izahı cari il martın 18-də keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə məlumat vermişdir.

Müşavirədə şəhər prokurorunun müavini Qənimət Səfərov rayon prokurorları hesabat ilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində görülmüş işlər barədə ətraflı məruzə etmiş, prokurorluğun fəaliyyətinin səmərəliliyinin daha da artırılması, mövcud nöqsanların aradan qaldırılması barədə konkret təkliflər irəli sürmüşlər.

Bakı şəhər prokuroru Əziz Seyidov müşavirəyə yekun vuraraq əmin olduğunu bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlətçilik siyasətini qətiyyətlə dəstəkləyən, öz əməli fəaliyyətləri ilə dövlətçilik ideyalarına sadiqliklərini sübuta yetirən şəhər prokurorluğunun kollektivi tərəfindən prokurorluğa ən yüksək səviyyədə göstərilən etimadı doğrultmaq, qanunun aliliyini, insan hüquqları azadlıqlarının etibarlı müdafiəsini, cinayətkarlığa qarşı barışmaz mübarizəni təmin etmək üçün bütün zəruri tədbirlər görülməsi təmin olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-24 yanvar.-S.3.