Azərbaycan Respublikası Ali Məhkəməsinin
plenumu olmuşdur
Ramiz Rzayevin sədrliyi ilə yanvarın 23-də
Azərbaycan Respublikası
Ali Məhkəməsinin növbəti
plenumu keçirilmişdir.
Ali Məhkəmənin sədri
plenumu açaraq son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün
sahələrdə aparılan
əsaslı islahatlardan
danışmış və
bildirmişdir ki, bu islahatlar məhkəmə-hüquq
sahəsinə də öz müsbət təsirini göstərməkdədir. Bunun nəticəsidir
ki, son illərdə
Ali Məhkəmədə baxılan
işlərin keyfiyyəti
yaxşılaşmış və əvvəlki illərlə müqayisədə
2008-ci ildə vətəndaşların
hüquqlarının məhkəmə
müdafiəsinin səviyyəsi
yüksəlmişdir.
Ali Məhkəmənin sədri
qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın
təmin olunması, insan hüquq və azadlıqlarının
müdafiəsi sahəsində
məhkəmələrin qarşısında
duran vəzifələrdən
danışmışdır.
Plenumda Ali Məhkəmənin məhkəmə
kollegiyaları sədrlərinin
2008-ci ildə ədalət
mühakiməsinin həyata
keçirilməsi vəziyyətinə
dair məlumatları dinlənilmiş, bu məlumatlarla əlaqədar
geniş müzakirə
və təhlillər
aparılmışdır.
Bildirilmişdir ki, Ali Məhkəmənin
iqtisadi mübahisələrə
dair işlər üzrə məhkəmə
kollegiyası istisna olmaqla, digər kollegiyalarda 2008-ci ildə baxılmış işlər
və daxil olmuş müraciətlər
2007-ci illə müqayisədə
artmışdır. İqtisadi
mübahisələrə dair
işlər üzrə
məhkəmə kollegiyasnda
7,1 faiz azalma müşahidə olunduğu
halda, mülki işlər üzrə məhkəmə kollegiyasında
22,8, cinayət işləri
üzrə məhkəmə
kollegiyasında 22,8, hərbi
işlər üzrə
məhkəmə kollegiyasında
isə 9 faiz artım olmuşdur. Bütün bunlar Ali Məhkəməyə
daxil olan işlərin sayının
19 faiz artdığını
göstərir. Əgər
2007-ci ildə Ali Məhkəmədə
cəmi 3 min 639 işə
baxılmışdırsa, 2008-ci ildə bu rəqəm
4 min 333 olmuşdur. Bu da
ötən illə müqayisədə 694 iş
çoxdur.
Qeyd edilmişdir ki, Ali Məhkəmənin Plenumunun
2007-ci ildə olduğu
kimi, 2008-ci ildə də 6 iclası keçirilmişdir. 2007-ci ildə
plenum iclaslarında konkret
işlər üzrə
26 qərar, 2008-ci ildə
isə 41 qərar çıxarılmışdır.
Vurğulanmışdır ki, ötən il
Ali Məhkəmədə vətəndaşların
ərizə və şikayətlərinə, digər
müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən
əsaslı və düzgün cavab verilməsinə diqqət
artmışdır. Ali Məhkəməyə edilən
müraciətlərdə artım
müşahidə olunmuşdur.
2007-ci ildə Ali Məhkəməyə 18 min 663, 2008-ci ildə isə 22 min 320 müraciət edilmişdir.
Bu, 2007-ci illə müqayisədə
19,5 faiz çoxdur. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə
2,6 faiz azalmışdır.
2008-ci ildə 2007-ci illə
müqayisədə respublika
apellyasiya məhkəmələrinin
qəbul etdiyi məhkəmə aktlarının
Ali Məhkəmənin kollegiyalarında
baxılmış işlərin
ümumi sayına görə ləğvi 2,5 faiz azalmışdır.
Plenumda qeyd edilmişdir ki, bütün bunlar aşağı instansiya məhkəmələrinin əvvəlki
illərə nisbətən
çıxardıqları qərarlarda qanunvericiliyin daha düzgün tədqiq edilməsi və iş prinsipinin sabitliyi sayəsində mümkün
olmuşdur.
Plenumda Ali Məhkəmənin
2009-cu ilin birinci yarısına dair iş planı təsdiq edilmiş, konkret cinayət və mülki işlərə də baxılmışdır. Müzakirə olunan məsələlər
və baxılmış
işlər barədə
müvafiq qərarlar qəbul edilmişdir.
Azərbaycan.-2009.-24 yanvar.-S.3.