Referendum üzrə
"Yeni Azərbaycan"
təşviqat qrupu MSK-da qeydə alınmışdır
Yeni Azərbaycan Partiyasının mətbuat
xidmətindən bildirmişlər ki, martın 18-də keçiriləcək
ümumxalq səsverməsi ilə əlaqədar 2500-dən
çox seçici tərəfindən referendum üzrə
"Yeni Azərbaycan" təşəbbüs qrupu yaradılaraq
bu barədə Mərkəzi Seçki Komissiyasına yazılı
bildiriş təqdim edilmişdir.
Referendum üzrə təşviqat
qrupunun qeydə alınması üçün
toplanmış seçici imzaları olan imza vərəqələri
və onlara əlavə edilməli olan sənədlər
yanvarın 14-də təşəbbüs qrupunun səlahiyyətli
nümayəndəsi tərəfindən MSK-ya təqdim
edilmişdir.
MSK bununla əlaqədar
qanunvericiliklə nəzərdə tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparmış, "Yeni
Azərbaycan" təşəbbüs qrupunun eyniadlı təşviqat
qrupu kimi qeydə alınması üçün əsasların
olmasını müəyyən etmişdir. MSK
Konstitusiyanın 100-cü, Seçki Məcəlləsinin
19.4, 19.14, 28.2, 28.4 və 65-68-ci maddələrinə əsasən
referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs
qrupunu 2009-cu il martın 18-nə təyin edilmiş referendumda
eyniadlı təşviqat qrupu kimi qeydə almışdır.
Azərbaycan.-2009.-24 yanvar.-S.5.