Zəngli qala
Yurdumuzun müxtəlif bölgələrində qədimdən qalma tarixi abidələr həddən artıq çoxdur. Tarixin daş yaddaşı olan bu abidələr dövrünün bir çox olaylarından xəbər vermək baxımından maraqlıdır. Təəssüf ki, sovet dövründə bu abidələrin bir çoxu qəsdən dağıntıya məruz qaldı. Elələri də oldu ki, öz təmaülü üzrə yox, tamam başqa məqsədlə istifadə edildi. Torpaq altında itib-batanı da oldu. Bu günümüzə qədər dözüm gətirib hər cür qadağalara tab gətirərək varlığını yaşadan da .
Bax elə bu mamırlaşmış abidə kimi. Gədəbəyli Kərəm Nəbiyevin lentə köçürdüyü bu abidə Zəngli qala adlanır. O, Gədəbəy rayonundakı Böyük Qaramurad kəndi yaxınlığında yerləşir. Qədim alban məbədidir. Əsrlərin qovğalarına, quruluşların təpkilərinə dözərək bu günümüzə gəlib çatıb ki, tarixçilər, etnoqraflar onu danışdırmağa, öyrənməyə cəhd etsinlər. Hər daşında, sütununda kim bilir keçmişimizin hansı məqamları gizlənir.
Bəhruz Niftəliyev
Azərbaycan.- 2009.- 24
yanvar.- S. 6.