Mətbuatın yüksək peşəkarlıq əxlaqi dəyərlər əsasında formalaşması vətəndaş cəmiyyətinin maraqlarına tələblərinə uyğun prosesdir

 

Mətbuatın yüksək peşəkarlıq əxlaqi dəyərlər əsasında formalaşması bütövlükdə vətəndaş cəmiyyətinin maraqlarına tələblərinə uyğun prosesdir.

Bu fikir Mətbuat Şurası (MŞ) idarə heyətinin 2008-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağında səslənmişdir. Qurumun sədri Əflatun Amaşov Şuranın 2008-ci ildəki fəaliyyəti barədə hesabat vermişdir. O demişdir ki, görülən işlər, o cümlədən 36 "reket" qəzetin adının açıqlanması ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır.

İdarə heyətinin üzvləri çıxışlarında reket jurnalistika ilə mübarizədə daha ciddi tədbirlərin görülməsinin vacibliyini bildirmişlər.

Yaxın günlərdə "Azərbaycan" Nəşriyyatında məsələ ilə əlaqədar geniş toplantı keçirilməsi qərara alınmışdır. Qurumun "reket" jurnalistikaya qarşı mübarizə komissiyasının paytaxtda regionlarda müvafiq icra orqanları ilə birgə monitorinqlərə başlaması məqsədəuyğun sayılmışdır.

İclasda adları "reket" qəzetlər sırasında çəkilən bir neçə nəşrin müraciətinə baxılmış, şikayətlər üzrə toplanmış sənədlərə yenidən nəzər salınmış faktların doğruluğu bir daha təsdiqlənmişdir.

Gələcəkdə təsadüf oluna biləcək bu kimi halların araşdırılması üçün bütün narazı nəşrlərin rəhbərlərinə son bir ildə çıxan saylarını qəzetin ölkə qanunvericiliyinə riayət etməsini təsdiqləyən sənədləri MŞ- göndərmək tövsiyə olunmuşdur.

 

 

         AzərTAc

 

        Azərbaycan.- 2009.- 24 yanvar.- S. 7.